“Azərbaycan ailələrinin öz büdcələrini idarə etmələrində çətinliklər var. Bu sözləri Moderator.az-a açıqlamasında İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib. Ekspertin sözlərinə görə, vətəndaşların borc problemi gəlirlərin azlığı ilə əlaqədardır:
“Insanlar əldə etdikləri gəlirlə öz ailə büdcələrini formalaşdıra bilməyəndə, bu zaman borc vəsaitlərinə müraciət etməli olur. Ailə büdcəsinin düzgün idarə olunmaması səbəbi ilə bəzən bu borcların geri qaytarılmasında çətinliklər meydana çıxır. Bu baxımdan son vaxtlar vəziyyət pisləşib. Xüsusilə də benzinin qiymətinin bahalaşmasından sonra müşahidə edilən proseslər, qiymətlərin artması və s. belə bir qənaətə gəlməyə əsas verir ki, insanlar öz ailə büdcələrinin idarə olunmasında çətinlik çəkirlər. Onlar borc vəsaitlərinə müraciət etsələr də, bəzən bu vəsaitləri qaytarmaq ailənin imkansızlığı səbəbindən problemə çevrilir. Bu isə bankla vətəndaşlar arasında münasibətlərin pisləşməsinə gətirib çıxardır. Bu, digər istiqamətlərdə də gərginlityə səbəb olur. Yəni yalnız bankla vətəndaşlar arasında deyil, şirkətlərlə bank arasındakı münasibətləri də gərinləşdirir”.