Kimdə ki, mənəvi aclıq var, ədəbiyyatata müraciət edir...
Oxunub: 7015
23 May 2014 | 08:08
Kimdə ki, mənəvi aclıq var, ədəbiyyatata müraciət edir...

Tanınmış şair Əjdər Ol Moderator.az-a müsahibə verib, onu oxuculara təqdim edirik:



-Əjdər Ol ”“ Fərqli şair, özünüzü fərqli hiss edirsiniz?

 -Bizi başqaları fərqləndirə bilər. Amma dünyaya baxışımda nələrsə başqa cürdür.

-İşiniz yaradıcılığınıza mane olmur ki? Vaxt korluğu çəkirsiniz?

-Desəm ki, mane olmur, yalan olar.  İzafi işlər, cürük münasibətlər, yersiz təmtəraqlar, get-gəllər, ümumiyyətlə,  həyatda çox şey yaradıcılığa əngəl törədir. Adi bir acı söz, öcəşmələr belə. Amma bu həyatdır, həyatın gözəlliyi də odur ki, insan çalışıb məqsədinə nail olsun. Mənim aləmimdə maneələri səbəb gətirmək bəhanədir. Prinsipial, qətiyyətli insan o kəsdir ki, bütün sərhədləri, çətinlikləri aşaraq öz istədiyinə çatır. Yaradıcı insanın öz zamanı olur. Peşəkar yaradıcılar müəyyən məqamlarda öz hissiyatlarını dondurub, zamanı gələndə ona qayıda bilənlərdir. Onlar vaxtı hər yerdə tapa bilərlər. Əgər insan nəsə demək, yazmaq, yaratmaq istəyirsə, nəyin bahasına olursa-olsun nəticə əldə edəcək. Gizlətməyək, nə qədər işləsək də, hələ boş vaxtımız da olur.

-Şairlər bəzən şeirdən nəsrə keçirlər. Bir çox  yaradıcı insanlar bunu şairin əlacsızlığı kimi dəyərləndirirlər.

-Mən belə düşünmürəm. Ədəbiyyatın  bütün janrlarında özümü sərbəst hiss edirəm. Hansı janrda fikrimi oxuyucuya dolğun, ifadəli çatdırdığımı güman edirəmsə, o janrda da yazıram.

-Dünya miqyasında götürsək, Azərbaycan ədəbiyyatı hansı səviyyədədir?

-Bunun üçün gərək dünya ədəbiyyatı haqqında tam bilgin ola ki, bu haqda nəsə deyə biləsən. Ancaq Azərbaycan ədəbiyyatı haqda deyə bilərəm ki, ədəbiyyatımız qədim köklər, möhkəm dayaqlar üzərindədir.
    Dünya ədəbiyyatı sırasında ədəbiyyatımızın öz yeri var. Sələflərimiz və müasirlərimiz  bütün janrlarda və mövzularda işləyib. Dəyərli əsərlərimiz saysız-hesabsızdır. Biz əlbəttə ki, müxtəlif xalqların ədəbiyyatını oxuyuruq, dünya ədəbi prosesini izləyirik. Dövlətimiz gücləndikcə, dünya miqyasında tanındıqca bizim ədəbiyyata da maraq artır. İnsanlarımızın mənəvi dəyərləri ilə tanış olmaq istəyirlər. Sadəcə biz tələsirik. Dünyada oxunmuruq qənaətinə gəlirik... Xeyr, belə deyil. Maraqlananlar, eyni zaman da xarici elm, təhsil ocaqları onları çəkən kitablarımızı tərcümə edib oxuyurlar. Oxucu dairəsini genişlənmək isə başqa məsələdir. Bu, biznesə söykənir. Əsas özgürlüyü, mənəviyyatı, milli dəyərləri qorumaqdır, milli düşüncəni inkişaf etdirməkdir. Ədəbiyyat insanın dünyaya pəncərəsidir, söz ehtiyatı deməkdir. İnsan nə qədər çox oxuyursa, o qədər də söz ehtiyatı olur. Bu əsasən orta məktəblərdən başlamalıdır. Bizim dərsliklərdə işlənən ayrı-ayrı  sözlərin sayı təxminən 10 min olduğu halda, ingilis dərsliklərində 35 mindir. Gün ərzində danışığında 60-70 məişət sözü işlədən adamın zövqü formalaşa bilməz. Biz əslində sözün dalınca gedirik. Deyilən söz insanı yönəldir. Ədəbiyyat, söz, ruh hər zaman aparıcıdır. Sözə qiymət verməyənlər ucuz insanlardır. İnsan öz qiymətini bilirsə, öz dəyərini artırmaq istəyirsə, mənəviyyatını zənginləşdirməlidir. Zənginləşdikcə insanın mərtəbəsi artır. Geyim, zinət əşyaları insanı qiymətli etmir. Onlar insandan kənar olan əşyalardır, əyindən çıxaranda insanın zahiri kasıblaşır. Ancaq insanın daxilindəkini, beynindəkini çıxarıb atmaq olmaz. Kimin ki, idrakı sönükdür, o heç nəyə nail ola bilməz. İstər adi vətəndaş olsun, istərsə də vəzifəli şəxs, onun ruhu duru, fikri aydın olmalıdır. Aydın fikri də, xoş məramı da söz, ədəbiyyat yaradır.  
 -Azərbaycan gənclərinin mütaliəsi yetərincədirmi, bir yaradıcı insan kimi sizi qane edirmi?
 
-Kimin ki, ruhunun ehtiyacı var, kimdə ki, mənəvi aclıq var, bədii ədəbiyyata müraciət edir və düşünürəm ki, bu insan düz yoldadır. Mütaliə etmək insanların daxili məsələsidir. Buna kimsə müdaxilə edə bilməz. 

-Yaradıcı insanlar niyə tənhalığı sevir?

-Yaradıcı insan tək olmalıdır ki, yaratsın. Başda Allah olmaqla bütün yaradıcılar təkdir. Birlikdə əsər yazmaq, kitab yaratmaq olmaz.

-Yaradıcı birliklər nə üçündür?

-Yaradıcı birliklər daha çox maariflənmək, müzakirə, müqayisə üçündür.  Gənc yaradıcıları yönləndirmək baxımından çox faydalıdır. Birliklərin ziyanı yoxdur, əksinə xeyri var. Kiminsə yubileyi qeyd olunur, istedadlar biri-birlərindən xəbər tutur. Təşkilatlanmaqda birlik böyük rol oynayır. Əslində biz elə müxtəlif  birliklərin içindəyik. Onlardan çıxa bilmirik ki. Ailə də, iş də, cəmiyyət də elə birlikdir.
 
-Adətən şairləri xarici görkəminə fikir verməyən, saçı dağınıq, tüfeyli kimi təsəvvür edirlər.
 
-Mən belə düşünmürəm. Bütün istedadlı şairlər normal insanlar olublar. M.Füzuli, M.Ə.Sabir, H.Cavid haqqında  necə  elə  sözlər  demək  olar?  Ruhi Bağdadinin kitabın oxumuşam. O, Füzulinin müasiri olubdur.  Kitabında Füzulini nurani simalı, ağ saqqallı, mehriban davranışlı, sadə geyimli biri kimi təsvir edib.Tufeyli insandan yaradıcı olmaz. Vergili, zəhmətkeş insan yaxşı əsər yaza bilər. Şair çoxdur, yaxşısı azdır. Hər sahədə yaxşı azdır. Yaxşılar az olduğu üçün nümunə olurlar. Simvola çevrilən insanlar həmin insanlardır. Mən hər zaman nümunəviləri qiymətləndirirəm. Deyirlər Əliağa Vahid tufeyli həyat tərzi keçirib. Bunlar boş söhbətlərdir. Onun çox gözəl qəzəlləri var. İndi də onun qəzəlləri əsasında muğamlar ifa edirlər. Ola bilsin ki, çox da yaxşı geyinməyib, özünə baxmayıb, sadə olub, dərviş həyatı keçirib. Biz sufimizdən keçmiş xalqıq. Biz İrfan ədəbiyyatından tərbiyə almışıq. Bu əqidədə insanlar tərki-dünyalığa üstünlük veriblər. Dünya malına, naz-nemətinə laqeyd yanaşıblar. Nəfslərin qoruyublar. Vahid deyir ki, 

                    Darıxma, yaxşı-yaman ruzigarımız keçəcək,
                    Bu beş gün ömrə görə ruzigara yalvarma!

    Mənəviyyatca, düşüncə baxımından Vahid çox zəngin insan olub. O, yüksək ədəbiyyata, yəni Füzuliyə söykənən şair idi. Yaradıcı insanlar üçün əsas mənəvi rahatlıqdır.  Maddiyat da insan həyatında mühüm rol oynayır. Amma bu insanı tam toxdaq edə bilməz. İnsan mənəvi rahatlıq tapanda xoşbəxt olur. 

-Mənəvi rahatlıq dediniz. Ruhu qidalandıran duyğulardan biri də sevgi hissidir. Sizcə sevmək gözəldir ya sevilmək? Hansı insanı xoşbəxt edir?

-Sevilmək hər kəs üçün xoşdur. Hamı istəyir ki, onu sevsinlər, diqqət mərkəzində olsun. Sevilmək üçün sevməyi bacarmaq lazımdır. Qarşı tərəfə dözümlü olmaq, onu anlamaq sevgiyə aparan yoldur. Ataların bir sözü var:
“Ən gözəl qadından qırx günə də doymaq olar, ancaq gözəl ağıldan qırx ilə də doymaq olmaz.” Atalar bunu əbəs yerə deməyib. İnsanı daxili gözəl olmalıdır ki, sevilsin.

-Siz daha çox daxili gözəlliyə əhəmiyyət verirsiniz?

-Mən həm daxili, həm də zahiri gözəlliyi qiymətləndirirəm. Füzulinin “Leyli və Məcnun” poemasında belə bir beyt var: 

                                   “Hüsn olmasa eşqi zahir olmaz,
                                    Eşq olmasa, hüsnü mahir olmaz”

    Yəni gözəllik sevgi doğurur, sevgi gözəlliyi tərənnüm edir. 
Heç kim bəd xasiyyətli, dözülməz insanı uzun müddət sinirə bilməz. Yaradıcı insanlar həyatı, onun gözəlliklərini tərənnüm edirlər və ya gözəlləşdirmək üçün tənqid edirlər.

-Bəzən çox yaxşı tanıdığınız insanın da bizə tanış olmayan xüsusiyyətlərinin ortaya çıxdığını görürük.

-İnsan müxtəlif müstəvililərdə fərqli reaksiyalar verir. İnsan yaxşı şəraitdə  heç vaxt pis olmur. Qayğı, sevgi, diqqət görəndə naqis cəhətlərini üzə çıxartmır. Sadəcə buna ehtiyac olmur. Amma şərait pisləşəndə insanın xarakteri qabalaşır, aqressivləşir. 90 ”“ cı illərdə soydaşlarımız başımıza gətirilən oyunlardan, müharibədən dolayı çox sərt, əsəbi, qaraqabaq olmuşdu, barıt çəlləyinə dönmüşdü. Heç kimə söz demək olmurdu. Amma indi insanlarımızın davranışlarında işgüzarlıq, üzlərində təbəssüm, mehribanlıq, sevgi görürük.
 
Lalə Novruzlu



Oxşar xəbərlər
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"