“Diplomatlar bəzən çərçivədən kənar ifadələr işlədir və bunun da cavabı verilir”
Müsahibə
Oxunub: 4500
22 May 2014 | 13:39
“Diplomatlar bəzən çərçivədən kənar ifadələr işlədir və bunun da cavabı verilir”
“Morninqstarın dediyi, söylədiyi proqnozlar özünün təsdiqini tapmayan subyektiv fikirlər, proqnozlardır”

Millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlının Gün.Az-a müsahibəsi:

- Mübariz müəllim, son günlər ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibə ətrafında söhbətlət səngimək bilmir. Hakimiyyət təmsilçiləri də öz növbəsində ABŞ səfirinə qarşı sərt ittihamlar sərgiləməkdədir. Sizcə, ABŞ səfirinin birdən-birə belə sərt mövqe bildirməsi nə ilə bağlıdır?

- Əvvəla qeyd edim ki, ABŞ səfirinin məlum müsahibəsi ilə bağlı Prezident Administrasiyası (PA) rəhbərinin müavini və Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov mətbuata geniş açıqlama verdi. Mən Novruz Məmmədovun dedikləri ilə həmrəyliyimi bildirərək qeyd etmək istəyirəm ki, Azərbaycanda cənab Morninqstarın dediyi, söylədiyi proqnozlar özünün təsdiqini tapmayan subyektiv fikirlər, proqnozlardır.

Hesab edirəm ki, Novruz Məmmədovun, ondan sonra PA-nın digər şöbə müdiri Əli Həsənovun açıqlamaları bu məsələyə tam şəkildə aydınlıq gətirib və mənim təkrarən onların dediklərini bir daha ifadə etməyimə ehtiyac qalmır. Mən onların dediklərini dəstəkləyirəm və belə hesab edirəm ki, onlar Azərbaycan hakimiyyətinin tam obyektiv mövqeyini cəmiyyətə çatdırıblar...

“Səfir rəsmi şəxs olduğuna görə onun səsləndirdiyi fikirlər istər-istəməz təmsil olunduğu ölkənin xarici siyasət idarəsinin fikri kimi yozulmalıdır...”

- ABŞ səfirinin mövqeyini rəsmi ABŞ-ın mövqeyi kimi də qəbul etmək olarmı?

- Amerika Birləşmiş Ştatlarının səfirinin hər hansı bir fikri həmin ölkənin Dövlət Departamentinin fikri kimi yozula bilər. Sadəcə, biz bu açıqlama ilə əlaqədar “cənab səfirin dedikləri onun şəxsi fikridir, yoxsa Dövlət Departamentinin fikrini ifadə edir” sualını Ağ Evin mətbuat xidmətinin nümayəndəsinə, Dövlət Departamentinin mətbuat xidmətinə yönəldərək bunu aydınlaşdıra bilərik. Və yaxud, Morninqstarın özünə sualı yönəldə bilərik ki, “cənab səfir, sizin söylədikləriniz şəxsi, subyektiv fikirlərinizdir, yoxsa Birləşmiş Ştatların Dövlət Departamentinin mövqeyi sizin mövqeyinizlə üst-üstə düşür?”

Yalnız bu sualı iki yerdə - bir cənab səfirin özü ilə, bir də Dövlət Departamentində keçirilən brifinqlərdə Dövlət Departamentinin sözçüsünə yönələn sualla aydınlaşdırmaq mümkündür. Ancaq bütün hallarda səfir rəsmi şəxs olduğuna görə onun səsləndirdiyi fikirlər istər-istəməz təmsil olunduğu ölkənin xarici siyasət idarəsinin fikri kimi yozulmalıdır və düşünülməlidir.

Hər halda biz onun fikirləri ilə qəti razı deyilik. Orada çoxlu subyektiv fikirlər var və hesab edirəm ki, bununla da bağlı Azərbaycan rəsmilərinin açıqlamaları zamanında edilib.

“Diplomatlar bəzən çərçivədən kənar ifadələr işlədir və bunun da cavabı verilir”

- Necə hesab edirsiniz, ABŞ-ın, ABŞ hakimiyyətinin Azərbaycana qarşı bu qədər qəzəblənməsinin arxasında nə dayanır?

- Mən “ABŞ-ın Azərbaycana qəzəblənməsi” ifadəsi ilə razılaşmıram, burada qəzəbdən söhbət gedə bilməz. Bizim ABŞ-la münasibətlərimiz normal məcrada inkişaf edir. Sadəcə, diplomatlar bəzən çərçivədən kənar ifadələr işlədir və bunun da cavabı verilir.

Düşünmürəm ki, cənab Morninqstarın çıxışı bizim münasibətlərimizi korlamağa yönəlib və ya korlayacaq. Bu, bir çıxışdır, ona da müvafiq cavab verilib. Birləşmiş Ştatlarla Azərbaycan arasındakı münasibətlər hesab edirəm ki, milli maraqlar çərçivəsində davam edir.

“Azərbaycan Ermənistanı müdafiə edən ölkələri Azərbaycanın dostuna çevirmək, Ermənistanı iqtisadi cəhətdən taqətdən salmaq siyasəti yeridir”

- ABŞ-la münasibətlərin bir qədər sərinləşməsi fonunda Azərbaycan üzünü Şərqə - Vyetnama, Çinə və sairəyə tutması ölkəmizin xarici siyasət kursunda korrektlər etməsinin nəticəsidir, yoxsa?...

- Hesab edirəm ki, bu cür yozum da doğru deyil. Azərbaycanın xarici siyasəti ölkə Prezidenti tərəfindən müəyyən olunub və həyata keçirilir. Prezidentimiz dəfələrlə vurğulayıb ki, Azərbaycanın xarici siyasəti dəqiqliyə, ədalətə və balansa söykənib.

Yəni, bu üç təməl, sütun üzərində dayanıb fəaliyyət göstərir. Biz tam müasir siyasət yeridirik. Azərbaycanın öz milli maraqlarına uyğun addımlar atılır və milli maraqları naminə bu addımları atarkən başqasının bu barədə nə düşünəcəyi də Azərbaycan üçün önəmli deyil.

Bizim üçün önəmli olan millətin marağıdır. Azərbaycan ədalətə söykənir və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zamanlar da bunu bir daha nümayiş etdirdi. İndi də beynəlxalq münasibətlərdə ədalətin ardıcıl müdafiəçisidir.  

Bu baxımdan, bizə qarşı Ermənistanın təcavüzünə münasibətdə bəzi ölkələrin və bəzi təşkilatların ikili yanaşmasını müşahidə edərək, bunlara da zaman-zaman etirazlarımızı bildirmişik...

Azərbaycan balans siyasəti yeridir, Cənubi Qafqazın lider ölkəsi olaraq Şərqlə, Qərblə, Şimalla, Cənubla eyni məsafədə münasibətlər qurur. Öz ərazisindən üçüncü dövlətə qarşı istifadəyə yol vermir və özünə qarşı da hansısa bir ölkənin ərazisindən istifadə olunmasına qarşı çıxır. Daha çox müttəfiqlər əldə etməyə çalışır.

Ermənistanı daha çox neytrallaşdırmaq, Ermənistanı müdafiə edən ölkələri Azərbaycanın dostuna çevirmək,  Ermənistanı iqtisadi cəhətdən taqətdən salmaq siyasəti yeridir.

Cənab Prezident Qərb ölkələri ilə də, Şərqlə, Şimalla, Cənubla da tam sərbəst şəkildə münasibətlər qurur və əlaqələr yaradır, rəsmi səfərlər edir. Vyetnama səfər də əvvəldən hazırlanan bir səfər idi. Vyetnam bu gün Hind-Çin yarımadasında sürətlə inkişaf edən bir ölkədir. Kimlərinsə təfəkküründə, düşüncəsində Vyetnam sovetlər dövründəki Vyetnam kimi qalıbsa, bu adamlar görünür müasir Vyetnam haqqında az bilgiyə malikdirlər. Müasir Vyetnam sürətlə inkişaf edən, sənayecə inkişaf edən ölkələr sırasındadır və bizim ikitərəfli əlaqələrimiz hər iki xalqın, millətin xeyrinədir və Azərbaycan da özünün artan nüfuzundan istifadə edərək, əlaqələrini genişləndirir.

Çinə səfər də zamanında olan bir səfərdir. Bəllidir ki, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Çinlə Azərbaycan arasında ikitərəfli əlaqələrin ənənəsi, tarixi var. Eyni zamanda, Prezident orada beynəlxalq tədbirdə iştirak edib və bu səfərlərə söykənərək kimlərsə bunu Azərbaycanın xarici siyasət kursunda artıq dəyişikliklər olunduğu kimi yozmaq istəyirlərsə, bunu bu cür təsvir edirlərsə, bu adamlar geopolitika ilə, politologiya ilə əlaqədar problemləri olan adamlardır.

Bu, siyasətdir. Bu siyasətdə milli maraq öndə dayanır və onun üçün Şərqlə, Qərblə, Şimalla, Cənubla münasibətlər bütün sahələrdə olmalıdır.

“Asiya, Şərq ölkələri ilə quracağımız münasibətlər Qərblə münasibətlərimizə hansısa bir kölgə sala bilməz”

- Bəzi dairələrin iddia etdiyi kimi, Azərbaycanın Şərq siyasətinə üstünlük verməsi nəticə etibarı ilə Qərb müttəfiqlərini özündən uzaqlaşdırmaz ki?

- Mən yenə deyirəm, “Şərq siyasətinə üstünlük verilməsi” termini kiminsə düşündüyü termindir. Heç bir tərəfə üstünlük verilmir. Bizim Avropa ölkələri ilə, ABŞ-la, Rusiyayla, İranla, Türkiyəylə münasibətlərimiz olduğu səviyyədə qalır.

Sadəcə, bizim münasibətlərimizin sərhədləri genişlənir. İqtisadi münasibətlərimizin coğrafiyası genişlənir. Biz artıq 160 ölkə ilə ticari-iqtisadi əlaqələr saxlayırıq.

Ticari-iqtisadi əlaqələrimizin genişləndiyi bir dövrdə də biz sürətlə inkişaf edən Şərqin, Qərbin, Latın Amerikasının, Hind-Çin yarımadasının, Mərkəzi Asiyanın bütün ölkələri ilə əlaqələr qurmalıyıq. Ona görə bizim Çinlə, Vyetnamla, Komboca ilə, Pakistanla, Yaponiya ilə, Asiyanın digər nəhəng ölkələri ilə quracağımız münasibətlər Qərblə münasibətlərimizə hansısa bir kölgə sala bilməz.

Bu gün həmin ölkələrlə Qərb ölkələrinin özünün yaxşı münasibətləri var. Digər tərəfdən, Azərbaycan hakimiyyəti, dövləti, prezidentimiz İlham Əliyev dəfələrlə bildirib ki, bizim qurduğumuz münasibətlər üçüncü ölkələrə qarşı deyil və biz qurduğumuz münasibətlər zamanı üçüncü ölkəyə baxaraq istiqamət götürmürük. Bizim qurduğumuz münasibətlərdə bizim yönəldiyimiz və baxdığımız istiqamət milli maraqdır və buna söykənərək hərəkət edirik.
Oxşar xəbərlər
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 12:16
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
19 Apr 2024 | 12:10
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
19 Apr 2024 | 12:13
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
19 Apr 2024 | 11:59
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 12:16
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
19 Apr 2024 | 12:10
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
19 Apr 2024 | 12:13
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
19 Apr 2024 | 11:59
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı