Lukaşenko "açdı sandığı, tökdü panbığı"... - VİDEO
Müsahibə
Oxunub: 2774
22 May 2014 | 13:34
Lukaşenko
 Lukaşenko Sobçakla söhbətində istər şəxsi həyatı, istərsə də siyasət barədə suallarına səmimi cavablar verib. Onun indiyədək belə müsahibəsi olmamışdı...

Müsahibədə Putinin boşanmasından tutmuş Lukaşenkonun arvadı ilə niyə ayrı yaşamasına, müxalifətə və Belarus prezidentinin şəxsi kapitalına qədər ən müxtəlif mövzulara toxunub.

Lukaşenko ilə Sobçak arasında 3 saata yaxın davam edən söhbəti Rusiyanın “Dojd” telekanalı mayın 21-də axşam efirə verib. Virtualaz.org müsahibədən seçmələri təqdim edir: 

Lukaşenkonun yanında oturan gözəllər haqda...

“Xokkey çempionatının açılışında sizinlə oturan o gözəl qız kim idi?” - deyə K.Sobçak Lukaşenkodan soruşub.

Belarus prezidenti deyib ki, bu qızlar onunla iki ildən çoxdur işləyir: “Protokol xidmətində çalışırlar. Onlar gül gətirirlər. Orada olduqca və olduqca gözəl qızlar işləyirlər. Mən tədbirlərdə “morda”sı sallanan qaraqabaq məmurlarla oturmağı xoşlamıram. Bir tərəfdə oğlum, o biri tərəfimdə qız. Xahiş edirəm, gəlib otururlar. Yanımda həmişə qızlar olur.

Budur, sonuncu dəfə Polina ilə oturmuşdum. Mən onu 12 ildir tanıyıram. Bir dəfə balaca şəhərlərdən birinə getmişdim, o, mənə gül vermişdi...

Daşkanı isə iki ildir tanıyıram. Əgər mənim belə qızım olsaydı, bu artıq “krışadan yuxarı” olardı...”

Belarus prezidenti bildirib ki, qızlar özləri onları xokkeyə aparmağı xahiş edirlər, deyirlər ki, olarmı sizinlə oturaq... 

Görəsən, Putin niyə boşanıb? 

Lukaşenko boşandığı haqda şayiələri təkzib edib: “Mənim arvadım öz köhnə yaşayış yerində, Şklovada yaşayır. Mən boşanmamışam. Biz onunla çoxdan birlikdə yaşamırıq, o, abırlı, düzgün adamdır. Bilirsiniz Putin niyə boşanıb? Bəlkə bunu başqa adam istəyib. Bilmirəm, hansısa qız, yaxud qadın. Prezidenti də sıxışdırmaq olar...” 

“Yaxşı ki, müxalifətçilərə xaricdən pul verirlər...”

Belarus prezidenti müxalifətə münasibətinin necə olduğu haqda da danışıb: “Müxalifətçilik yaxşı qazanc mənbəyidir. Mən demirəm ki, orada təmiz adamlar yoxdur. Müxalifətdə müxtəlif adamlar var, görünür, yanlış yolda olanlar da var. Ancaq mən onların liderləri haqda demirəm. Müxalifət müxtəlifdir - “Həqiqəti de”, “Bahar”, “Xartiya”...

Xokkey üzrə dünya çempionatı ərəfəsində müxalifətə nəsə vermişdilər. Xüsusi xidmət orqanları bu barədə mənə məruzə etdi, mən isə dedim ki, axı onlar bu pulları xaricə çıxarmayıblar, Belarusda xərcləyiblər. Ev alıblar, maşınlarına benzin doldurublar. Yaxşı ki, onlara xaricdən pul verirlər, yoxsa Rusiyada olduğu kimi biz də onlara əlavə ödəniş etməli olardıq”.

Saakaşvili Lukaşenkonu necə müdafiə edirmiş...

Lukaşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin əslində Qərbdə onu ən çox müdafiə edən adam olduğunu deyib: “Heç kim Qərbdə Saakaşvili kimi bizim üçün vuruşmaıb. O, Amerikaya “sən” deyə müraciət edirdi, vitse-prezidentə, prezidentə deyirdi ki, onlar özlərini Belarusa qarşı düz apamırlar. Deyirdi ki, Belarusa qarşı heç bir sanksiyalar olmamalıdır, normal ölkədir, normal prezidenti var”.

Lukaşenkonun sözlərinə görə, Saakaşvili həmişə onu Gürcüstana səfərə dəvət edirdi: “Mən isə deyirdim ki, Mişa, mən Gürcüstana gələ bilmərəm, axı əlavə problem sənin nəyinə lazımdır... Rusiya rəhbərliyi bunu heç də normal qarşılamır. Gəl hansısa vaxtı gözləyək”. 

“Bakiyev mənə zəng edib, ağladı...”

A.Lukaşenko Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyev barədə də indiyədək heç vaxt demədiyi məqamları açıqlayıb.

2010-cu ildə Bakiyevə sığınacaq verməyə onu nə vadar etdiyi barədə suala Lukaşenkonun cavabı belə olub: “Sadəcə olaraq onu hamı atmışdı. O, Qazaxıstana qaçmışdı və balaca uşaqları qoltuğunda küçədə qalmışdı. Bakiyev mənə axşam zəng etdi, mən onunla əlaqə yarada bilmədim. Səhər tezdən isə zəng edib soruşdum: “Kurmanbek, orada sizdə nə baş verir?”

Və o ağladı və dedi: “Saşa, sən heç vaxt mənim dostum olmamısan, mən başqaları ilə dostluq edirdim. Ancaq bu gün faktiki olaraq meşədə gizlənməli olmuşam. Heç olmasa uşaqları xilas elə”.

Lukaşenko daha sonra deyib: “Həmin vaxt mən küçədə gedirdim, yanımda da onun oğlu yaşda olan oğlum. Və mən bunu təsəvvür etdim, sonra fikirləşdim ki, necə əclaflar varmış. Axı hər gün eyni fincandan çay içirdiniz, adamı niyə atmısınız. Sırf emosional olaraq, insani hisslərlə o qərarı verdim. Onu oradan çıxardım, təyyarə göndərdim və uşaqları ilə birlikdə bura gətirdim”. 

“Berezovski heç vaxt özünü asmazdı...”

Lukaşenko Londonda intihar etdiyi deyilən yəhudi milyarder Boris Berezovskinin ölümü ilə bağlı da danışıb.

Deyib ki, o, Berezovskinin intihar etdiyinə heç vaxt inanmaz: “Mən onu yaxşı tanıyırdım. Berezovski həyatı, yaşamağı çox sevirdi, o, hətta mağarada, dilənçi kökündə də yaşamağa razı olardı, nəinki intihar etməyə”.

Bununla belə Lukaşenko Berezovskini kimin öldürə biləcəyi ilə bağlı hər hansı versiyasının olmadığını, Rusiya xüsusi xidmət orqanlarının bu işdə əlinin ola biləcəyinə dair heç nə deyə bilməyəcəyini bildirib. 

“Hətta Putin də gəlsə, vuruşacam...”

Belarus prezidenti deyib ki, nə qədər ki o, dövlət başçısıdır, Ukrayna ssenarisinin onun ölkəsində təkrarlanması mümkün deyil. O, Ukraynanın Luqansk və Donetsk vilayətlərində keçirilən referendumun “heç bir əhəmiyyətinin olmadığını” və bu referendumu tanımadıqlarını bildirib.

Lukaşenko deyib ki, Putinin Ukraynanın şərqindəki separatçılarla Kiyev arasında dialoqa çağırması düzgün addımdır.

Rusiyanın Ukrayna kimi Belarusa da müdaxilə edə biləcəyinə dair suala cavabında Lukaşenko bildirib ki, bu elə də asan məsələ deyil: “Belarus torpağına əlində silah kim gəlsə, ona qarşı vuruşacam. Hətta Putin olsa da...” 

Lukaşenko istəyir ki, onu kəndində basdırsınlar

Müsahibə zamanı Kseniya Sobçak Lukaşenkoya məşhur yazıçı, bu yaxınlarda vəfat edən Qabriel Qarsiya Markesin “Patriarxın payızı” kitabını verib.

Lukaşenko kitabı götürüb və etiraf edib ki, bu vaxta qədər Markesin heç bir kitabını oxumayıb. Sobçak isə ona kitabdan diktatorun xalqın ona münasibətinin əslində necə olduğunu öyrənmək üçün özünə yalandan dəfn mərasimi təşkil etməsi barədəki epizodu danışıb. Lukaşenkodan soruşub ki, o, öz dəfnini necə görmək istərdi.

“Mən getdikcə bu fikrə meyl edirəm ki, kənddə dəfn olunsam yaxşıdır. Kənddə mənə çox rahatdır. Kənd kiçik oğlumun da xoşuna gəlir. Biz onunla əkinə-biçinə gedirik. Ot biçirik, quruduruq. Şitil əkirik. Kartof, yerkökü əkmişik. Tezliklə gedib baxacam ki, əkinlə bağlı vəziyyət nə yerdədir”.

Lukaşenko deyib ki, növbəti seçkilərdə namizədliyini irəli sürməyə bilməz: “Birdən məndən sonra hər şey alt-üst olar”.

Belarus prezidenti özündən sonra prezidentliyə varisinin olmadığını da deyib: “İnsan özü yüksəlməlidir. Mən hakimiyyətdən dördəlli yapışmamışam. Hakimiyyətə layiq adam gəlsə, mən bundan çox xoşbəxt olardım”. 

“Milyarder olsaydım, xalq məni adi dələduz sayardı...”

Belarus prezidenti deyib ki, o, başqaları kimi zəngin deyil: “Mən nəyə görə milyonçu, milyarder olmadım? Bəyəm mən həyat barədə, uşaqlarım barədə düşünmürəm? Ancaq mən bu yolla gedə bilməzdim. İnsanlar sənə belə etibar edir, sən isə adi dələduzdan başqa biri olmursan...”
Oxşar xəbərlər
12:17, Bu gün
Saharadan gələn qum fırtınası Afina səmasını narıncıya çevirdi-VİDEO
12:12, Bu gün
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO
12:10, Bu gün
AQTA bazar rəhbərlərinə xəbərdarlıq etdi
12:09, Bu gün
Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO
12:07, Bu gün
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
12:04, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:41, Bu gün
Hadrutdan ürəkaçan görüntülər - VİDEO
11:38, Bu gün
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:33, Bu gün
Dayısı oğlunun toy günü onların evinə girdi - FOTOLAR
11:30, Bu gün
Rusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO
11:27, Bu gün
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
11:25, Bu gün
Azərbaycanda “molla kəbini”: Vətəndaş nikahlarına qarşı tədbirlər görüləcək? - FOTO
11:22, Bu gün
Nazpəri Dostəliyeva canlı efirdə ağladı: "Darıxdığım var" - VİDEO
11:21, Bu gün
Təhlükəsiz oazis yaradanlar – Türk dövlətlərinin yaxınlaşması rifah və sabitlik vəd edir
11:20, Bu gün
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
11:18, Bu gün
Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO
11:14, Bu gün
"Bu, onun başı üçün deyil" - Xalq artistinə CAVAB verdi
11:12, Bu gün
Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib
11:10, Bu gün
Azərbaycanlı müğənninin paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO
11:06, Bu gün
Ermənistan TŞ-nin katibi Sankt-Peterburqda keçiriləcək təhlükəsizlik forumunda iştirak etməyəcək
11:03, Bu gün
Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI MƏLUM OLDU - YENİLƏNİB
11:01, Bu gün
Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO
11:00, Bu gün
Kiçik küçənin ürək ağrıdan qlobal problemləri - ŞİKAYƏT + FOTOLAR
10:58, Bu gün
Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq
10:55, Bu gün
“Blinkenin də, Borrelin də bəyanatları revanşist ermənilərin hay-küylərini puç etdi...” 
10:55, Bu gün
Uzun illər çəkildiyi "Arka Sokaklar"a qayıdır - FOTO
10:43, Bu gün
Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb
10:33, Bu gün
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
10:25, Bu gün
Güzgü tarixi 24.04.2024: Kimin həyatı kökündən dəyişəcək?
10:22, Bu gün
Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub
10:13, Bu gün
Anası əlil müğənninin “Krokus” teraktında öldüyünü sübut edə bilmir
10:12, Bu gün
Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO
10:11, Bu gün
Bakıda bir neçə şadlıq sarayı atmosfer havasını çirkləndirdiyinə görə cərimə olunub
10:10, Bu gün
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:08, Bu gün
Bu səhvlər bürclərin həyatını məhv edir
10:06, Bu gün
Bakıda gənc oğlanı avtobus vurdu
10:04, Bu gün
Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...
10:02, Bu gün
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
10:00, Bu gün
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
09:58, Bu gün
Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində - FOTO
09:53, Bu gün
ABŞ Ukraynaya 300 km-lik hədəfi vura bilən “ATACMS” raketlərini ötürsə...-“CNN”
09:48, Bu gün
Gözlər qızarır, barmaqlar keyiyir: Niyə hamı xəstəlikdən şikayət edir? - AÇIQLAMA + FOTO
09:36, Bu gün
Azərbaycan nefti bahalaşıb
09:29, Bu gün
Cibuti sahillərində gəmi batıb: Ölənlər və itkin düşənlər var
09:24, Bu gün
Qaçırılan qızın atası: Qızımı oğurlayıblar - VİDEO
09:20, Bu gün
Bakıda taksilərin qiyməti BAHALAŞDI - VİDEO
09:16, Bu gün
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:15, Bu gün
Panama sahillərində 5,5 maqnitudada zəlzələ olub
09:09, Bu gün
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
09:01, Bu gün
İsti havalarda pişiklərə necə kömək etmək lazımdır?
08:57, Bu gün
Avropada şahzadəni öldürməyi planlaşdıran narkobaron səhvən həbsxanadan azad edilib - FOTO
08:49, Bu gün
Cənubi Koreyanın kiçik peyki “Neonsat-1” orbitə buraxılıb
08:48, Bu gün
Diqqət! Bu ərazilərdə saat 10:00-dan sonra qaz olmayacaq
08:45, Bu gün
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
08:44, Bu gün
Xalq artisti Məleykə Əsədova: “Arzuolunmaz övlad olmuşam” – VİDEO
08:42, Bu gün
PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir
08:39, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:34, Bu gün
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
08:30, Bu gün
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
08:27, Bu gün
Kanada “Airbus”a Rusiya titanından istifadə etməyə icazə verib
08:22, Bu gün
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
08:22, Bu gün
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
08:20, Bu gün
Kürdəmirdə narkotiklərin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olanlar saxlanılıb
08:18, Bu gün
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
08:17, Bu gün
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
08:11, Bu gün
Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA
08:02, Bu gün
KTMT-nin baş katibi: Ermənistan üzləşdiyi təhlükəsizlik təhdidlərini qiymətləndirməlidir
08:01, Bu gün
Argentina İranın nazirinin həbsini tələb edir
07:58, Bu gün
Ceyhun Bayramov Çexiyada bir sıra şəxslərlə fikir mübadiləsi aparıb - FOTO
07:56, Bu gün
Sumqayıtda gənc oğlan itkin düşüb
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
23 Apr 2024 | 23:57
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
23 Apr 2024 | 23:54
Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib
23 Apr 2024 | 23:52
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 23:47
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 23:44
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23 Apr 2024 | 23:38
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23 Apr 2024 | 23:29
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23 Apr 2024 | 23:14
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23 Apr 2024 | 23:12
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23 Apr 2024 | 23:09
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23 Apr 2024 | 23:03
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23 Apr 2024 | 23:03
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23 Apr 2024 | 23:02
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
23 Apr 2024 | 22:58
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
23 Apr 2024 | 22:45
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Apr 2024 | 22:38
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
23 Apr 2024 | 22:31
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
23 Apr 2024 | 22:27
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
23 Apr 2024 | 22:18
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
23 Apr 2024 | 22:10
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
GÜNLÜK
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 12:21
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
23 Apr 2024 | 15:00
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
23 Apr 2024 | 12:30
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
23 Apr 2024 | 13:06
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
23 Apr 2024 | 14:36
"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 13:20
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 12:21
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
23 Apr 2024 | 15:00
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
23 Apr 2024 | 12:30
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
23 Apr 2024 | 13:06
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
23 Apr 2024 | 14:36
"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 13:20
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ