”žAzərbaycan Miqrasiya Mərkəzi“nin rəhbəri, tanınmış hüquqşünas Əlövsət Əliyev bir müddətdir ki, səhhəti ilə bağlı Almaniyada müalicə olunur və o fürsətdən istifadə edərək Avropada yaşayan soydaşlarımızın problem və qayğılarını Moderator.az-a yazıb göndərib, eyni zamanda onlara bir çağırışda da bulunub:
”žAzərbaycan
Respublikasının hüdudlarından kənarda yaşayan və özünü etnik, dil, mədəniyyət
və ya tarixi əlaqələr baxımından azərbaycanlı hesab edən şəxslər
Azərbaycanlılar hesab olunur. Hansı statusla yaşamasından və hakimiyyətlə olan
münasibətindən asılı olmayaraq xaricdə yaşayan azərbaycanlılar Azərbaycan
Respublikasının dövlət müstəqiliyinin və suverenliyinin qorunmasına və
möhkəmlənməsinə, yaşadıqları ölkədən asılı olmayaraq orada olan bütün
vətəndaşlar arasında faydalı münasibətlərin inkişafına yardım etməlidirlər.
Hətta Azərbaycandakı hakimiyyət tərəfindən himayə edilməyən və təqib edilən
insanlar da bu istiqamətdə fəaliyyətə cəlb olunmalıdırlar. Digər dövlətin
vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə yaşayan azərbaycanlılar da bu
kimi fəaliyyətə cəlb edilməlidirlər. Onlar birlikdə mədəni irsin və dilinin
qorunub saxlanmasında və inkişaf etdirilməsində fəaliyyət göstərməlidirlər.
Azərbaycan Respublikasınıın müvafiq icra hakimiyyəti orqanı xaricdə yaşayan
azərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini və
qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını təmin
edir. Bu gün Qərbi Avropada məskunlaşanların böyük əksəriyyəti mövcud
hakimiyyətin apardıgı siyasətin qurbanları olanlar və ya özlərini bu hakimiyyətin
qurbanı hesab edən şəxslərdır (təhsil, ailə birləşməsi proqramları, ezamiyyətdə
olanlar və diplamatik korpusların əməkdaşları nəzərdə tutulmur). Hər halda hec kim
konüllü olaraq öz isti ocagını qoyaraq qacqın həyatını seçməz. Bu gün qaçqın
statusu üçün müraciət edənləri birləşdirən əsaslardan biri də hakimiyyətdən
narazılıqdır. Onu da nəzərinizə çatdırıram ki, heç bir ölkə qaçqın statusu
vermək üçün Azərbaycanla baglı kvota müəyyən etməyib. Ölkəsinin himayəsindən
istifadə etmək imkanı olmayan və ya müəyyən əsaslı qorxuya görə bunu etmək
istəməyənlər də var. Normalda biz bir-birimizlə dost olmalı,yerli şəraitə
inteqrasia üçün coxsalı layihələr işləməli, məskunlaşdıgımız ölkənin dilini,
adətlərini, qanunlarını öyrənməli, mükəmməl təhsil üçün birlikdə çalışmalıyıq.
Bunu bacarmadıqda isə sakitcə hərə öz işini davam etdirməli, öz həyatını
yaşamalı, başqalarının işlərinə və həyatına pis mənada müdaxilə etməli deyil,
onlarla baglı yazı- pozuya vaxt sərf etməli deyil. Axı bizimlə paralel Türkiyə,
Rusiya, Gürcüstan, Ermənistan, Suriya kimi ölkələrin vətəndaşları da Avropada
məskunlaşıblar. Lakin əcnəbi vəkillər və dövlət orqanlarının əməkdaşları yalnız
Azərbaycan vətəndaşları arasında bu tipli işlərin olmasını qeyd edirlər və dəfə
belə məlumatı eşidəndə utanmaqdan başqa əlimdən bir şey gəlmir. Bir-birimizi
utandırmaq kimi vərdişlərə son qoymalıyıq."