Moderator.az xəbər verir ki, KXCP Gültəkin Həsənovanın vəfatı münasibəti ilə Azərbaycan xalqına başsağlığı verib. Başsağlığında deyilir:
“Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. 1988-ci ildə öz əlləri ilə tikmiş müqəddəs üç rəngli bayragımızı Azərbaycanda başlanan Xalq hərakatının ilk günlərindən Bakının Azadlıq meydanına gətirən Gültəkin Həsənova vəfat etmişdir. O zaman Azərbaycanda milli azadlıq hərəkatı başlayanda heç kəsin tanımadığı, bilmədiyi Azərbaycan bayrağını mitinq iştirakçılarına təqdim etmişdi Azərbaycanın azadlıq və dövləçilik rəmzi-Azərbaycan Xalq Cümhuriyyətinin Bayrağı ilə yaşıd və həyatı boyu üçrəngli bayraq sevgisi ilə yaşayan Gültəkin ana Sovetlər dövründə bayrağımızı sandığında gizləyərək əzizləyən, bütün varlığı ilə “Bir kərə yülsələn bayraq bir daha enməz” həqiqətinə inanaraq həmin günü-bayrağın yüksələcəyi günü həsrətlə gözləmiş dəyərli vətəndaşlarımızdan idi. Bu xanımın hərəkəti, o dövr üçün, sovetlər rejiminin sərt vaxtlarında qəlbində bütov Azərbaycan sevdası olan bir insanın hərəkəti idi. O, gəncliyə böyük bir örnək olmuşdu. Gültəkin ananın yetmiş ildən sonra, əlləriylə tikərək Azadlıq meydanına toparlanan insanlara ”“Azərbaycan xalqına bir daha təqdim etdiyi və o gündən başlayaraq azadlıq uğrundakı xalq hərəkatının simvolu kimi bütün mitinqlərin atributuna çevrilən üçrəngli bayrağımız 3 ildən sonra müstəqil Azərbaycan dövlətinin rəmzinə çevrildi. Bütün varlığı ilə bayrğımıza bağlı olan Gültəkin Həsənovanın vəfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı diləyirik. Bu xanımın hərəkəti, o dövr üçün, sovetlər rejiminin sərt vaxtlarında qəlbində bütov Azərbaycan sevdası olan bir insanın hərəkəti idi. O, gəncliyə böyük bir örnək olmuşdu. Müstəqil Azərbaycanın dövlət rəmzi-üçrəngli bayrağımız dalğalandıqca Gültəkin ananın xatirəsini anacaq və ona rəhmətlər oxuyacağıq”.