Moderator.az xəbər verir ki, açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və təhsil ocağının professor, müəllim və tələbə kontingenti iştirak edib. İcra başçısı idman sarayında yaradılan şəraitlə yaxından tanış olub.
Elmar Vəliyevə məlumat verilib ki, Azərbaycan Texnologiya Universitetinin idman sarayının binası 1984-cü ildə tikilib. Zalın təmirinə 2013-cü ildə başlanılıb. Ali təhsil ocağında təhsil alan 2.300-ə yaxın tələbədən 100-ə yaxın oğlan və qız daimi olaraq müxtəlif idman növləri ilə məşğul olur.
İdman zalının birinci mərtəbəsində top oyunları - futbol, basketbol, həndbol, voleybol və eyni zamanda güləş idman növü üzrə məşqlərin aparılması üçün hər cür şərait yaradılıb. İkinci mərtəbədə isə stolüstü oyunlar - tennis, bilyard, şahmat və trenajor zalı fəaliyyət göstərir. İdman zalında müasir kommunal şərait yaradılıb, zal lazımi idman avadanlıqları və istilik sistemi ilə təhciz olunub.
Bundan başqa idman sarayında iki soyunma otağı və duş kabinəsi də var. Açılış zamanı qeyd olunub ki, universitetin oğlanlardan ibarət futbol komandası Təhsil Nazirliyi tərəfindən ali təhsil ocaqları arasında keçirilən futbol yarışında ¼ finala vəsiqə qazanıblar. Müxtəlif səviyyəli şəhər və respublika yarışlarının mütamadi iştirak edirlər.