Qüdrət Həsənquliyev: "Azərbaycanın müstəqilliyinin qarantı Azərbaycan xalqıdır"
Oxunub: 3833
21 May 2014 | 17:15
Qüdrət Həsənquliyev:

Bütöv Azərbaycan Xalq Cəbhəsinin (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Xorvatiyaya səfər edən nümayəndə heyətinin tərkibində bu ölkədə keçirilən yüksək səviyyəli görüşlərdə iştirak edib. BAXCP sədri partiyanın mətbuat xidmətinə müsahibəsində səfər təəsüratlarını və son günlər baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini bölüşüb. Moderator.az həmin müsahibəni təqdim edir. 

 

- Qüdrət bəy, Xorvatiyaya səfəriniz necə keçdi?

 

- Bildiyiniz kimi, Xorvatiyanın prezidentinin və spikerinin Azərbaycana səfərləri olmuşdu. Eyni zamanda, bu ölkənin baş nazirinin də ölkəmizə səfəri gözlənilir. Səfər zamanı həm prezident, həm də spikerlə görüş oldu. Baş nazirlə də görüş planlaşdırılmışdı. Ancaq bilirsiniz ki, orada daşqın, yəni təbii fəlakət olduğunua görə baş nazir təbii fəlakət zonasında idi. Ona görə də görüşümüz baş tutmadı. Amma həm prezident, həm də parlamentin sədrilə görüşdə Dağlıq Qarabağ problemilə bağlı Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən məsələ qaldırıldı. Beynəlxalq hüquqa Ermənistanın sayğısız münasibəti ifadə olundu. Bəzi beynəlxalq güclərin, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin işğalçı dövlətə sanksiyalar tətbiq etməməsi xüsusi vurğulandı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi diqqətə çatdırıldı. O da vurğulandı ki, Azərbaycan bu problemi sülh yolu ilə həll etmək istəyir. Xorvatlar bizi çox gözəl başa düşürdülər. Ona görə ki, onlar da serblərlə eyni problemi, ərazi bütövlüyü problemini yaşayıblar. Bu baxımdan Xorvatiyanın prezidenti və parlamentin sədri vurğulayırdılar ki, onlar Azərbaycan və Xarvatiya prezidentlərinin imzaladığı Zaqreb bəyannaməsinə sadiqdirlər. Bu bəyannamədə hər iki dövlətin strateji müttəfiqliyi nəzərdə tutulur. Və onlar da buna sadiqdirlər. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə, yəni mədəni əlaqələrin yüksək səviyyəyə qaldırılması, turizmin inkişafı və sair məsələlərdə də yaxından əməkdaşlıq edəcəklər. Üç günlük səfər müddəti ərzində bizim nümayəndə heyətinə həddindən artıq yüksək diqqət və ehtiram göstərildi. Bu da sözsüz ki, onların bizə olan münasibətlərinin göstəricisi kimi qiymətləndirilməlidir. Hər halda səfəri Azərbaycan üçün uğurlu hesab edirəm. Bilirik ki, Xorvatiya böyük dövlət olmasa da, Avropada nüfuzlu bir ölkədir.

 

- Səfərdə olduğunuz zaman Azərbaycanda ən çox müzakirə olunan məsələ ABŞ-ın Azərbaycandakı səfiri Rixard Morniqstarın müsahibəsi ilə bağlı oldu. Səfirin müsahibəsində yer alan fikirlərə münasibətiniz necədir?

 

- Əlbətdə Azərbaycanda istər demokratiyanın səviyyəsi, istərsə də insan haqlarıyla bağlı problemlər var. Bunu iqtidar da inkar eləmir. İnkar da eləyə bilməz, çünki problemlər göz önündədir. Biz zaman-zaman buna görə hökuməti ölkədə siyasi islahatlar aparılmasına, iqtisadi islahatların süətləndirilməsinə çağırırıq. O müsahibədə diqqət çəkən bir neçə məqam var. Hansı ki, həmin məqamlara mətbuatda ayrı-ayrı ekspertlər, siyasətçilər münasibət bildirirlər. Səfir sual verir ki, Azərbaycanın müstəqilliyinin təminatçısı ABŞ və Avropa Birliyindən başqa kim ola bilər? Kifayət qədər təvazökarlıqdan uzaq fikirlərdir. Ona görə ki, Azərbaycanın müstəqilliyinin qarantı yalnız Azərbaycan xalqıdır. Biz Ukraynanın ərazi bütövlüyünün, suverenliyinin qarantı olan ABŞ-ın Ukrayna torpaqları işğal olunarkən nə etdiyini və nə edə biləcəyini gördük. Halbuki, Ukraynanın ərazi bütövlüyü ilə bağlı ABŞ? Rusiya və Böyük Britaniya arasında müqavilə imzalanmışdı və bütün dünya qarşısında bu 3 ölkə öhdəlik götürmüşdü. Öhdəliklərə əməl edib etməmək isə hər bir  ölkənin nüfuz və ləyaqət məsələsidir. Ancaq gördünüz ki, Amerika heç nə olmamış kimi bir-iki kiçik sanksiyalar tətbiq etməklə öz vəzifəsini bitmiş saydı. Belə bir vaxtda belə bir müsahibənin verilməsi həm qıcıq, həm istehza və həm də gülüş doğurur. Digər tərəfdən, ABŞ necə Azərbaycanın müstəqilliyinin qarantı ola bilər? Axı söhbət Azərbaycanın paytaxtından getmir. Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal olunanda və Azərbaycan buna müqavimət göstərəndə bu müqaviməti qırmaq, zəiflətmək üçün ABŞ ölkəmizə qarşı 907-ci düzəlişi tətbiq elədi. Və beləliklə,  Azərbaycan ABŞ-ın dövlət yardımlarından məhrum olundu. Bizə ən yaxın olan qardaş Türkiyənin hökumətini alçaldaraq, onların da şəxsi ləyaqətinə toxunaraq məcbur elədilər ki, Ermənistana ərzaq yardımı edilsin. 2010-cu ildə Surixdə Türkiyənin Xarici İşlər nazirinin boynunun arxasında dayanaraq məcbur etdilər ki, Ermənistanla protokolu imzalasın. Bu gün də Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmaz olduğunu bəyan eləmirlər. Ancaq bildirirlər ki, Dağlıq Qarabağın statusu ölkə konstitusiyasına zidd olaraq regional səviyyədə keçirilmiş bir referendumla həll olunmalıdır, Laçından dəhliz verilməlidir. Yəni Laçın tamamilə azad olunmamalıdır. Bütün bunları söyləyəndən sonra ardınca bəyanat vermək ki, "Azərbaycanın müstəqilliyinin qarantı ABŞ və Avropa Birliyindən başqa kim ola bilər", hesab edirəm ki, ən yüngül formada desək bu, təvazökarlıqdan uzaqdır.

Bundan başqa səfirin toxunduğu digər bir məqam ondan ibaorətdir ki, iqtidar monalit deyil. Əlbətdə bu iqtiara aiddir və iqtidar da buna cavab verəcək. Digər bir məqam söylədiyim kimi insan haqlarıyla bağlıdır. ABŞ-ın və beynəlxalq təşkilatların bu məsələni qabartması hətta bir çox hallarda Azərbaycanın xeyrinə olan açıqlamaların verilməsi bizim xalqımızda əks effekt verir və qıcıq doğurur. Mən müxtəlif tədbirlərdə dəfələrlə demişəm - bir xalq görür ki, bir milyondan artıq insan yaşayış hüququndan məhrum olub, onu evindən-eşiyindən didərgin salıblar və bunu edənlərə hər hansı sanksiya tətbiq olunmur, bunu edənlərin əməlləri hər hansı formada pislənilmir və qınanmır, əksinə, bu cür zorakılığa və təcavüzə məruz qalanlara deyilir ki, gedin zor göstərənlərlə barışın, razılaşın və güzəştə gedin. Bundan sonra söyləyəndə ki, ayrı-ayrı fərdlərin hüquqları pozulur, bu da təbbi olaraq insanlarda çox ciddi qıcıq doğurur və qeyri-səmimilik, riyakarlıq nümunəsi kimi qəbul olunur. Ona görə də dəfələrlə vurğulamışam ki, beynəlxalq təşkilatlar bu tipli insan haqlarıyla bağlı açıqlamalar verəndə birinci növbədə ölkədəki qaçqın və məcburi köçkünlərin hüquqları barədə danışmalıdırlar. Sonra digər fərdlərin insan haqlarından danışmağa mənəvi haqları çata bilər.

 

- Bəs Azərbaycanda proseslərin belə davam edəcəyi təqdirdə Maydan tipli olayların baş verməsinin mümkünlüyünün önə çəkilməsini necə qiymətləndirirsiniz?

 

- Gələcəkdə nəyin baş verib verməyəcəyi təkcə o ölkənin özündə yox, həm də ölkə ətrafında, dünyada baş verən proseslərdən müəyyən mənada asılı olan bir məsələdir. Biz bilirik ki, bir çox hallarda Maydan tipli proseslər təkcə narazı əhalinin istəyi ilə yox, böyük dövlətlərin arzu və istəyi ilə baş verir. Bilirik ki, böyük dövlətlər bu prosesləri daha da inkişaf etdirmək üçün həmin proseslərə qatılan insanlara maliyyə dəstəyindən tutmuş həmin ölkələrin hökumətlərinə müxtəlif təzyiqlərin edilməsinə qədər hanısı vasitələrə əl atırlar. Hesab edirəm ki, Ukraynadakı sosial vəziyyət Azərbaycandakı kimi deyil. Azərbaycanda əhalinin mütləq əksəriyyətinin iradəsinə əsaslanan sabitlik mövcuddur. Çoxları bunu hansısa represiyalarla əlaqələndirməyə çalışsa da, ancaq ümumən əhalinin əksəriyyəti mövcud idarəetməni qəbul edir. Yeri gəlmişkən, qeyd edim ki, biz axırıncı səfərdə olanda görüşdüyümüz siysətçilər, hansılar ki, Azərbaycanda olmuşdular, onlar ölkəmizdəki inkişafdan heyrətləndiklərini dilə gətirdilər. Eyni zamanda, Azərbaycanın sürətli inkişafından danışdılar. Bu o demək deyil ki, Azərbaycan hökuməti belə xoş sözləri eşidib, bununla kifayətlənib iqtisadi-siyasi və demokratik islahatları genişləndirməməlidir. Ona görə də Azərbaycanı Ukryana ilə müqayisə etmək tamamilə yanlış yanaşmadır. Hesab edirəm, səfirin seçdiyi taktika, ola bilsin xoş niyyətlə, bunu iqtidara təzyiq kimi söyləyib ki, iqtidar hansısa addımlar atsın, amma ümumən bölgədə yaranmış gərgin vəziyyətin olduğu dönəmdə uğursuz bir taktikadır. Bu mənada səfirin bu tipli açıqlamaları qəbul oluna bilməz. Diplomatik korpus nümayəndələri bu və ya digər ölkədə "insan haqları və demokratiya heç bir dövlətin daxili işi deyil" deyib, sərbəst şəkildə öz fikirlərini səsləndirirlər. Bununla yanaşı, bəzi səfirlər və onların burdakı əlaltıları, xüsusi nüfuz müvəkilləri, agentləri də başa düşməlidirlər ki, səfir tənqid elədiyi kimi, səfiri də tənqid eləmək olar. Söhbət doğrudan da demokratiyadan gedirsə, bu qarşılıqlı olmalıdır. Bunlar hesab edirlər ki, səfir ölkə haqqında hər şey danışa bilər, ancaq kimlərsə bundan narazı qalıbsa, onlar qətiyyən səfirə cavab verə, alternativ fikir söyləyə bilməzlər. Əgər söyləsələr, bu, artıq səfirə qarşı bir kampraniya kimi qiymətləndirilməlidir. Bu da anormal düşüncənin göstəricisidir. Düşünürəm ki, səfirin özü də müsahibəsinə olan münasibətləri öyrənəcək və növbəti açıqlamalarında daha diqqətli olacaq.

 


Oxşar xəbərlər
22:55, Bu gün
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
22:50, Bu gün
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
22:47, Bu gün
İşıqforda güllə yağışı: Yaralılar var
22:44, Bu gün
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
22:43, Bu gün
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
22:41, Bu gün
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
22:38, Bu gün
İndoneziya Cakartaya xüsusi status verir
22:35, Bu gün
Dostunun ad günündə dava saldı: Həbs olundu
22:33, Bu gün
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
22:30, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
22:30, Bu gün
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
22:27, Bu gün
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
22:22, Bu gün
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
22:18, Bu gün
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
22:07, Bu gün
Quzu ətindən baha olan göbələk növü - VİDEO
22:03, Bu gün
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
21:59, Bu gün
Ən şanssız 4 bürc
21:50, Bu gün
Yaxınlığında yerləşən məzar 680 minə satılır
21:45, Bu gün
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:30, Bu gün
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”