Separatçılar Ukraynanın Donetsk şəhərində “Şaxtyor” futbol klubunun futbolşularını girov götürməyə cəhd ediblər. Moderator.az xəbər verir ki, silahlanmış hərbçilərlə futbolçular arasındakı hadisə Donetsk şəhərinin mərkəzi prospektlərinin birində hamının gözü qarşısında baş verib. Belə ki, hərbi geyimli silahlı dəstə şəhərin mərkəzi prospektində “Şaxtyor” futbol klubuna məxsus avtobusu saxlayaraq futbolçuları girov götürmək istəyiblər, amma avtobusdakılar yeniyetmə futbolçular olduqlarından danışıqlardan sonra silahlılar yeniyetmələri azad ediblər. “Şaxtyor” FK-nın əməkdaşı Viktor Vodolazskiy deyib ki, biz həmin vaxt “Donbass Arena”ya Uşaq Futbol Akademiyasının 16-17 yaşlıları ilə oynamağa gedirdik və bizi Boqdan Xmelinskiy prospektində işıqforda silahlı şəxslər saxladı. Avtobusu mühasirəyə alan dəstə üzvlərindən biri içəri daxil olub kimin rəhbər olduğunu soruşdu. Mən cavab verdim və avtobusdakıların da uşaq və yeniyetmə futbolçular olduğunu bildiridim. Onalr da avtobusda uşaq futbolçuların olduğunu görüb bizi buraxdılar. Onlar bildirdilər ki, yaşlı qrupu axtarırmışlar. Qeyd edək ki, bu “Şaxtyor”FK-nın prezidenti milyarder Rinat Axmetovdur və o separatçılığa qarşı çıxdığı üçün hər vasitə ilə onun fəaliyyətini məhdudlaşdırmaq istəyirlər.