Moderator.az xəbər verir ki, Azərbayca Dövlət Neft Fondu Ukraynadakı hadisələrə görə 2014-cü ilin birinci rübündə 1,8 milyon dollar zərərə düşüb. Bu barədə ARDNF-dən məlumat verilrib. Məlumatda bildirlir ki, 2014-cü ilin əvvəlində Ukrayna ilə bağlı hadisələrin nəticəsi olaraq Azərbaycan Dövlət Neft Fondunun Rusiyadakı investisiyalarının qiymətlərində kəskin enmə müşahidə olunmuşdur. Bununla bağlı digər investisiyalardan əldə edilən gəlirlərə baxmayaraq Fondun vəsaitlərinin idarə olunması cari ilin birinci rübü ərzində 1,8 milyon manat həcmində zərərlə nəticələnmişdir. Sonrakı aylarda Rusiya şirkətlərinin səhmlərinin qiymətlərində sabitləşmə və müəyyən artım baş vermiş və 2014-cü ilin 1 yanvar - 15 may tarixləri ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 87,8 milyon manat təşkil etmişdir. 2014-cü ilin yanvar-mart ayları ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 10,1 milyon manat təşkil etmişdir. O cümlədən, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 60,8 milyon manat, ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutalarının dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 50,7 milyon manat təşkil etmişdir.