“Səba” ənənəvi Səxavət gününü uğurla keçirib. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Səxavət günündə 100000 ədəd pay marketlərə çıxarılıb.
“Biz tərəfdaşımız olan marketlərə təşəkkür edirik. Səxavət payı verdiyimiz marketlər payın müştərilərə çatması üçün bütün əməkdaşlarını səfərbər ediblər. Bu, onlara növbəti səxavət günlərində də Səba səxavət payı almaqları üçün müsbət sınaq idi” ”“ “Səba” şirkətindən belə bildiriblər.
Səba səxavət günü hər ayın 15-də keçirilir. Həmin gün “Biri sizlik! Biri bizlik!” şüarı ilə müəyyən məhsulları marketlərə pay olaraq çıxarır.
Mayın 15-də keçirilmiş Səba Səxavət günü aksiyasında Bakı və Abşeron yarımadası üzrə 127 mağaza iştirak edirdi. Səxavət payına bud, təzə süd, ayran və xama kimi məhsullar daxil idi.
-Video" src="//old.moderator.az/fotobaza/original/1391.jpg">-Video" src="//old.moderator.az/fotobaza/original/1392.jpg">-Video" src="//old.moderator.az/fotobaza/original/1393.jpg">-Video" src="//old.moderator.az/fotobaza/original/1394.jpg">