Rusiya Duması ikili vətəndaşlıqla bağlı yeni qanunu təsdiqləyib. Qanun vətəndaşların sahib olduqları ikinci vatandaşlıqlarını bildirmələrini zəruri edir.
Moderator.az xəbər verir ki, Qanunun
digər ölkələrdə yaşayan ruslara da şamil
ediləcəyi gözlənilir. Duma tərəfindən ilk səsvermədə qəbul edilən
"Rusiya vətəndaşlığı haqqında qanun”a görə , ikinci vatandaşlıqlarını gizlədən Rusiya
vətəndaşlarına 200 min rubla ( 5 min 700 dollar ) qədər pul cəzası verilməsi nəzərdə tutulur. Ayrıca
, ikili vətəndaşlığı aşkar edilənlərə 400 saata qədər məcburi əmək və 1 ilə qədər həbs cəzası veriləcək.
İkili vətəndaşlığı olanlar qanun qüvvəyə mindikdən sonra 3 ay müddətində Rusiya Federal Miqrasiya Xidmətinə məlumat
verməlidir.
İkinci səsvermədə qanunun təsdiqlənməsi
və qismən düzəlişlərin edilməsi gözlənilir.
Qeyri rəsmi mənbələrə görə, təkcə Türkiyədə ikiqat vətəndaşlığa olan rusların sayı 24 mindən çoxdur.Yeni çıxan qanun başaq ölkələrə ərə getmiş rus qadınlar da şamil ediləcək.