Nazirlər Kabinetinin müəllimlərin həftəlik dərs yükünü 24 saatdan 36 saata qədər artırılması təhsil ekspertləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bəzi ekspertlər bu qərarı savadsız müəllimlərin orta məktəblərə axınının qarşısını almaq yolunda atılan mühüm addım hesab etsə də, mütəxəssislərin bəzisi tamam başqa qənaətdədir. Moderator.az-a açıqlama verən əmədkar elm xadimi, professor Şahlar Əsgərov bu qərarın təqdiredilən olduğunu vurğuladı:
“Əgər NK belə bir qərar qəbul edibsə bunu ürəkdən alqışlayıram. Bilirsiniz ki, Bakı şəhərində müəllim korpusunin 80% qadın müəllimlər təşkil edirlər. Bunun nəticəsində gənclərin psixologiysında qüsurlar yaranırdı. Məktəbdə kişi müəllimlərinin olması çox vacibdir. İnkişaf etmiş qərb dövlətlərində təqribən 20 şagirdə bir müəllimdüşdüyü halda, bizim ölkəmizdə bu meyar təqribən 10 şagirdə bir müəllimdir. Bunun nəticəsində təhsil sistemimizdə müəllim ordusu çox şişirdilmişdir. Bu problemlərlə zaman-zaman KİV geniş işıqlandırılmışdır. Mənözüm 2010-2013 illərdə“Bugün dövlətdən əlavə vəsait almadan müəllimlərin maaşını iki qat artırmaq olar ”, “ Orta məktəblərdə peşə vərdişləri anlayışı unudulub”, “Məktəbi qurtaran oğlanlarımız qadın xasiyyət olacaq”məqalələrdə bu problemi diqqət mərkəzinə çəkmişdim.
İnanıram ki, Nazirlər Kabinetinin qəbul etdiyi bu qərarın nəticəsində:
a)Kişi müəllimləri məktəbə qayıdacaq, çünki əmək haqqı artacaq;
b)məktəb müəllim üçün daimi iş yerinə çevirəcək, çünki gündə ən azı 6-7 saat məktəbdə olacaq;
c)məktəbdə mühit və məktəbə münasibət dəyişəcək, tərbiyyə sistemi mükəmməlləşəcək;
d)repititorluq sistemin əzərbə vurulacaq;
e)məktəbi natamam və səriştəsiz müəllimlərdən təmizləyəcək;
Bir sözlə, gələcəkdə təhsildə böyük müsbət dəyşiliklərin şahidi olacayıq”.