Moderator.az xəbər verir ki, bu gün Gəncədə faşizm üzərində qələbənin ildönümü təntənə ilə qeyd edilib. Müharibə veteranları və şəhər ictimaiyyətinin nümayəndələri əvvəlcə İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksinin önünə çələng və gül dəstələri qoyublar.
Tədbir daha sonra şəhərin Xan bağında davam
etdirilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, struktur rəhbərləri,
şəhərdə fəaliyyət göstərərn kollektivlərin nümayəndələri və şəhər sakinləri də
tədbirə qatılıblar. Öncə məktəblilərin faşizm üzərində qələbənin 69-cu ildönümü
və Ümummilli Liider Heydər Əliyevin 91 illik yubileyinə həsr edilmiş rəsm əsərlərindən
ibarət sərgilərinə baxış keçirilib.
Bayram tədbiri Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun
qəbirüstü abidəsi önündə davam etdirilib. Qələbənin şanlı tarixinə nəzər
salınıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev İlk Azərbaycanlı
Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun abidəsi önünə əklil qoyub. Onun
ruhuna hörmət əlaməti olaraq baş əyib. Daha sonra rəhbər şəxslər və şəhər
sakinləri İsrafil Məmmədov abidəsi önünüə gül dəstələri qoyublar. Havaya yaylım
atəşi açılıb.
Veteranlarla xatirə şəkilləri çəkdirən Elmar Vəliyev
onların ailə məişət problemləri və qayğıları ilə maraqlanıb. Veteranlar ölkə
başçısı tərəfindən onlara ayrılan birdəfəlik maddi yarıma görə təşəkkürlərini
prezidentə çatdırmalarını icra başçısından xahiş ediblər. Bayram tədbiri “Gənc
şahinlər” hərbi idman oyunlarının iştirakçıları olan məktəblilərin təntənəli
keçidi ilə davam etdirilıb. Xan bağında şəhərin musiqi kollektivlərinin
musiqili çıxışları da maraqla qarşılanıb.