Moderator.az xəbər verir ki, mayın
7-də Milli Paralimpiya Komiıtəsinin birinci vitse prezidenti Natiq Qasımov və
baş katib Afiq Süleymanov Bakıda səfərdə
olan Görmə Qabliyyəti zəif idmançıların Beynəlxalq İdman Federasiyasının (İBSA)
icraçı direktoru Neil Odonovan və Beynəlxalq Paralimpiya Cüdo Komitəsinin sədri
Janos Tardosla görüşmüşlər. Görüşdə Bakı 2015 Avropa Olimpiya Oyunlarında görmə
qabliyyəti zəif olan Cüdoçuların iştirakı üçün görülmüş işlər və qarşıda duran
vəzifələr geniş müzakirə edilmişdir.
Qeyd edək ki, 2015 Avropa
Olimpiya Oyunlarında görmə qabliyyəti zəif olan cüdoçular - kişilər +100
kiloqram kateqoriyası üzrə və qadınlar -48 kiloqram kateqoriyası üzrə
yarışacaqlar. Hər kateqoriya üzrə 8 idmançı yarışda iştirak edəcəkdir.