“Bundan sonra isə qonorarla sənətçiləri reklam edəcəm. Bankda hesab açmışam, reklam olunmaq istəyən ifaçı pulu ödəyəcək, mən onun səsinin olub-olmamasını yoxlayacam. Çoxlarına dəstək olsam da, çörəyi dizinin üstə olan insanlar var. Allah məni yaradıb ki, ancaq yaxşılıq edim. Məndən heç kimə zərər gəlməz”.
Xalq artisti müddət öncə ondan titul istəyən Namiq Qaraçuxurlunu da arzusuna çatdırıb:
“Namiq çox istədiyim insandır, məndən titul istəmişdi. Namiqə meyxanaçı-filosof titulunu verirəm. O, filosofdur, belə də davam etsin, fəlsəfəliyindən dönməsin”.
Daha sonra İhamə Quliyeva hövsələsiz olduğunu bildirib:
"Hövsələsiz adamam, amma lazım gələndə özümü idarə edə bilirəm. Həddindən artıq çaşan insanı isə yerində otuzdurmaq lazımdır. Bunu mən bacarıram, bacaracağam. Mənə qarşı kim çaşır, dağdan aşır. Elə insanları gərək topuğundan yuxarı buraxmayasan. Yoxsa boynuna, ordan da başına çıxarlar. Mənim başımda isə ancaq tac olur".