Kəlbəcərli şair sabiq müdirə çağırış etdi- VİDEO
Adı külli
miqdarda korrupsiya və saxta diplom qalmaqalında hallanan Kəlbəcər Təhsil Şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovun
“yaradıcılığı” artıq
şairlərin də diqqətini cəlb edib.
Moderator.az-a tarix müəllimi şair, satirik yazar İsməli
Kamalov da müraciət edib. Xatırladaq ki, bir müddət öncə saytımıza video
açıqlama verən rayonun Yellicə kənd sakini Kamalov Məftun İsməli oğlu Kəlbəcər
rayon Təhsil Şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovu ondan 15 min manat rüşvət
almaqda ittiham edirdi.
Müəllimin
dediyinə görə, keçmiş şöbə müdiri onu aldadaraq vəzifəyə təyin edəcəyinə söz
versə də sonradan buna əməl etməyib. Sabiq müdir Məftun Kamalovdan almış olduğu rüşvətin bu günə
kimi hələ də bir hissəsini qaytarmayıb. Moderator.az da müəllim Məftun
Kamalovun iddialarını əks etdirən
videonu təqdim etmişdik. Amma hələ də Məftun Kamalovdan
aldığı pulu qaytarmadığından müəllimin şair atası satirik yazar İsməli
Kamalov sabiq müdirə bir şeir parçası da həsr edib. Bəri başdan qeyd edirik ki,
qarşı tərəfin də mövqeyini əks etdirməyə hazırıq.
MƏHƏMMƏD
Zamanın sazı
deyil mənim bu sazım
Bəs belə zamandan giley nə lazım?
Rüşvət ver sənə də bir şeir yazım
Verim qiymətini “əla” Məhəmməd!
Vicdan, Insaf, sənnən küsüb maşallah!
Sayəndə düşmüşük kasıb , maşallah!
Enin uzununu basıb, maşallah
Sığmırsan küçəyə, yola Məhəmməd.
Əməllərin paxır,bəxtin qalayçı
Birinə qoltuqsan , birinə yançı
Dağıldı Kəlbəcər,”aşığın alçı”
Batıbdı barmağın bala Məhəmməd.
Zamannan kart çəkdin , kartın qızıldı
Ən halal çörəyin niyaz-nəzirdi
Dayın “Qərargah”da “Qara vəzirdi”
Hələlik hürürsüz yala Məhəmməd.
Yanvarda palçıqdan çıxardın çulu
Min bir yüz ziyalı əmrinin qulu
Neynirsən yığırsan bu qədər pulu?
Bir gün düşəcəksən pula, Məhəmməd.
Nahaq böyüklərin çıxdın üzünə
Qaçqın çörəkləri durar gözünə
Özündə hörmət yox, ada sözün nə?
Ali Mühəmmədin vali Mühəmməd!
Yığırsan xəzinə, yığırsan yatar
Artıqca xəzinən , dərd-qəmin artar
Bir gün İsməlidə qolundan tutar
Deyər ki, day sürüş bala, Məhəmməd!
Qeyd edək ki, Baş Prokuorluq yanında
Korrupsiya qarşı Mübarizə İdarəsi aprelin 4-də Kəlbəcər rayon Təhsil Şöbəsinin
keçmiş müdiri Məhəmməd Bağırov barəsində Cinayət Məcəlləsinin 308.2-ci maddəsi
ilə cinayət işi açıb. (vəzifə
səlahiyyətlərindən sui-istifadə). Korrupsiya qarşı Baş Mübarizə İdarəsinin
İstintaq Şöbəsi Məhəmməd Bağırovun barəsində polisin nəzarəti altına vermə qətimkan
tədbirinin seçilməsi barədə qərarı icra üçün təqsirləndirilən şəxsin yaşayış
yeri üzrə polis orqanına göndərib.








