Ukraynanın cənub-şərq vilayətlərində antiterror əməliyyatlarının həyata keçirilməsi Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) və Daxili İşlər Nazirliyinin müstəsna hüququdur.
Bunu
Moderator.az-a açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Rəyasət
Heyətinin sədri Alyona Kazımova deyib. O, qeyd edib ki, Rusiya xüsusi
xidmət orqanlarının Ukraynada, planlaşdırılmış təxribat əməliyyatlarının
qarşısının alınması üçün mütləq şəkildə güc metodundan istifadə etmək vacibdir.
Bu gün Ukrayna hökümətinin öz suveren ərazisində antiterror əməliyyatları
aparması heç kimi təəcübləndirməsin. Türkiyə dəfələrlə bu addımı atıb, Azərbaycan
dəfələrlə şimal bölgələrində bu tipli lokal əməliyyatlar aparıb. İndi Rusiya
Ukraynaya etiraz edirsə. Bu həm gülməlidir həm də təəcübləndiricidir. Məhz
Çeçenistanda həmin Putin " antiterror əməliyyatı" adı altında, dinc
xalqa divan tutmuşdu. Kim nə deyirsə desin, Ukraynanın separtizmlə mübarizəsi
xalq tərəfindən dəstəklənir. Sadə insanlar ictimai-siyasi sabitlik istəyirlər.
Bunun təmin edilməsi isə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) və Daxili İşlər
Nazirliyinin birbaşa vəzifəsidir. Cənubi-şərqi Ukraynada, əsasən də Luqansk,
Doneçk və Xarkov vilayətlərində sepratizmə son qoymaq lazımdır. Biz hökümətin
bu addımlarını dəstəkləyirik.