Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına və təmin edilməsinə yönəlmiş xeyli sayda qanunlar və başqa normativ aktlar qəbul edilib, dövlət mexanizmində insan hüquqlarını daha etibarlı mühafizə etmək üçün nəzərdə tutulmuş bir sıra təsisatlar yaradılıb. Bu gün hüquq-mühavizə sisteminin fəaliyyətindəki çatışmazlıqlarla yanaşı, özbaşınalıqlar da davam etməkdədir. Moderator.az xəbər verir ki, Gəncə şəhərində jurnalist Ərşad İbrahimov barəsində 2013-cü ilin aprel ayında “girov götürmə” maddəsi ilə cinayət işi qaldırılıb,cinayət işi sübuta yetirilməyərək rədd edilməsi barəsində prokuroluq qərar da qəbul edib. Sonradan Gəncə Prokurorluğu tərəfindən 2-ci dəfə başqa motivlə, yəni Cinayət Məcəlləsinin 182.3.2 maddəsi ilə cinayət işi qaldırılıb. Həmin cinayət işinə hal-hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Son məhkəmə baxışında şahid qismində məhkəmədə iştirak edən Elburus Mehdiyev ifadə verməkdən imtina edib. O, bildirdi ki, 2 dəfə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsində ərizə ilə müraciət edib , vermiş olduğum ifadənin qərəzli olduğunu bildirmişəm. Səbəb olaraq da göstərdi ki, Ərşad İbrahimov mətbu orqanlarında mənim işlədiyim müəsissə barəsində həqiqətə uyğun olmayan yazılar verib. Onun üçün də mən də əsəbləşib belə bir ifadə vermişəm. Barışmışıq, hal-hazırda onunla mənim aramda heç bir problem yoxdur.
Məhkəməyə ifadə verməkdən imtina edən Elburus Mehdiyevə bir neçə gündür ki, Gəncə Prokuorluğunun əməkdaşı Tamirlan Bagiyev tərəfindən hədə-qorxu gəlinir və bildirir ki, Ərşad İbrahimovun üzünə durmasan səni həbs edəcəyik. Adıçəkilən cinayət işi aylarla Gəncə Prokurorluğunda ssenariləşdirilərək müzdlu şahid ifadələrinə əsaslanaraq səhnələşdirilib. Bu gün cinayət təqibini həyata keçirərkən prokuror cinayət işinin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq yalnız qanunun tələblərini və daxili inamını rəhbər tutub belə bir cinayət işini məhkəməyə göndəribsə, nədən narahatlıq keçirirlər?
Məhkəmə prosesi cinayət işi üzrə ittihamı müdafiə edən prokuorluğun nümayəndəsi qarşısında baş verirsə, hansı qanuna sığır ki, cinayət işi üzrə ibtidai istintaq aparmış və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurorluq yenidən məhkəmə prosesinin gedişinə, eləcə də şahidlərə təzyiq edir?
Gəncə Prokuorluğunun əməkddaşı Tamirlan Bagiyev 20.04.2013-cü il tarixində də sözügedən cinayət işinin isintaqı zamanı da şahid Mahir Əsgərova təzyiq edib. Prokurorluqda alınan izahata Mahir Əsgərova oxunmadan imza atdırılıb. Sonradan şahid öz yaxın qohumu ilə prokurorluğa gedib oxumadığı və prokuror tərəfindən yazılan izahat ifadəsini tələb edib. Şahid izahatını oxuyarkən ona məxsus olmayan ifadələrin izahatda mövcudluğu aşkar edilib.
Odur ki, jurnalist Baş Prokurorluqdan Gəncə Prokuorluğunda baş verən özbaşınalığa son qoyulmasını tələb edir.