Türkiyənin Telekominikasiya və Rabitə Nazirliyindən (TİB) məlumatlar Xarici ölkələrə ötürülüb.
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Gölbaşı Respublika Prokurorluğu TİB-də olan əhəmiyyətli və həssas məlumatlarının xarici ölkələrə ötürüldüyü , sonradan bu məlumat və məlumatların silindiyi və xarici ölkələr lehinə casusluq edildiyi iddiaları əsasında istintaq başladıb.
Baş prokurorluğun yazılı açıqlamasına görə, bəzi mətbuat orqanlarında nazirliyin arxivlərinin silindiyi, silinməmişdən öncə kopiyalanaraq qurumdan xaricə çıxarıldığı, başqa şəxslərə ötürülərək toplandığı, xüsusilə 2012-ci ilin əvvəlinə aid bütün digital yaddaş və şifrələrin tamamən silinməsi haqda məlumatları xatırladıb.
Qeyd edib ki, bundan sonra əməliyyat aparılıb və TİB binasında yüksək tutumda məlumatların köçürüldüyünü təsdiqləyən bir çox peyk internet çanaq antenaları aşkarlanıb. Bunların xarici peyklərə istiqamətləndiyi təsdiqlənib. Məlumatların bu peyklər vasitəsilə xarici peyklərə ötürülüb, Ötürdükdən sonra xəbərlər bazadan silinib və antenalar yararsız hala gətirilib. Bu və bənzəri xəbərlərdə göstərilən mövzularla bağlı Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.