Moderator.az xəbər verir ki, Ana Vətən Partiyası Binəqədi rayon təşkilatının növbəti konfransı keçirilib. Konfransda AVP Ali Məclisinin sədri Rəşadət Yaqublu, Mərkəzi Aparatın rəhbəri Elçin Ağamalı iştirak edib.
Elçin Ağamalı partiya üzvlərini Binəqədi rayon təşkilatının növbəti konfransının keçirilməsi münasibətilə təbrik edərək təşkilatın işinə uğurlar arzulayıb. E.Ağamalı çıxışında Ana Vətən Partiyasının keçdiyi şərəflı yolun ayrı-ayrı məqamlarını, partiyanın ideoloji prinsiplərini və siyasi xəttinin əsas istiqamətlərini konfrans iştirakçılarının nəzərinə çatdırılıb.
Rəşadət Yaqublu çıxışında bələdiyyə seçkilərindən danışaraq AVP-nin hakim partiyadan sonra bələdiyyə üzvlərinin sayına görə 2-ci yer tutduğunu diqqətə çatdırıb və partiya fəallarını qarşıdan gələn bələdiyyə seçkilərində aktiv şəkildə iştirak etməyə çağırıb.
Konfransda təşkilatı məsələlərə baxılıb və Əliyev Fikrət Yunis oğlu AVP Binəqədi rayon təşkilatının yeni sədri seçildi. Daha sonra Binəqədi rayon təşkilatının Məclisi, Şurası, NTK-sı və digər struktur orqanlarının tərkibləri və rəhbərləri seçilib.