Kristina Lars (1950)
Polşa Şairi.
Tapılan göz
Bu gözü çəmənlikdə tapdım
iti yarpaqlar arasında.
Parıldayan yumurta ağı tək
onu yüngülcə ələ götürərək
nəfəsimlə canlandırdım
Mən onu əldən-ələ axıdanda
dərin iz buraxan şəkillər onda yanıb sönürdü
Təsadüfi ani ölülər
istərdim ayrılsınlar
onu daima sıxan dərinliklərdən
Bilmirdim bu kimin gözüdü
istərdim yaddaşımdakı
sevgi və nifrət yazılarını açım
Göz bəbəyi itməsin deyə
onu əldən ələ ehtiyatla atırdım
Ona layla çaldıqca hiss edirdim
mənim əllərim yüngül və yumşaq olur
göyərçin qanadlarıtək
Ancaq yaş otluqda yenicə tapılan göz
necə qarala bilərdisə
get-gedə eləcə qaralırdı
Qaşqaralanda axmaz suya oxşar
forma alırdı
yavaş-yavaş
Lap dibdə, bəbəyin dərinliyində
aydın olmayan parıltı dolanırdı
Mən onların dayanmasını gözlədim
Axır ki şəkildə cəmləşdilər
Atamın və anamın
üzünü gördüm indi
Mənə baxırdı onlar
ağ sümüklü oyuncaq-
əllərinin mənə uzadaraq
Tanış olmayan rəqsdə
yavaş lap yavaş dövrə vuran
çılpaq qadını gördüm
Onun çiynindəki yarasından
axırdı fışqıran qan
O qadının sifəti mənim idi
“Canlandı gözümdə dünyanın sonu”- deyir Yanka S.,
Skarişevadan olan müəllimə
Aralandı səma və meridian boyunca
böyük açıq yarğandan
köhnə kitablar və köhnə rəsmlər yuxarı uçdu rəfdən,
Parfenonun
ağ mərmərdən heykəli
və Luvr
Qara Köln məbədi
qalxdı göldən,
çöndü yaxta Yuxu şleyfin
arxasınca dartaraq
başımız üstən uçurdu dərin uçuruma. Bu gözəl şeylər
səmanın qaranlıq dəliyində yox olanda,
lüt qaldı bizim uşaqlar. Güclü və gözəl idi onlar.
Parlaq qurudərili,
mirvari-şəhrayı əzələli, möhkəm dırnaqlı.
Onların üzündən yavaş-yavaş qopub düşürdü adlar.
Hərəkət və Aclıq qaldı ancaq.
Şəhərdən keçib getdik biz, mən saxlaya bilmədim,
ilan dərisitək parlaq-sürüşkən ulduzlarla indi tuneldə itən
onların çiyinləri ətrafında
zərif-nazik həyatverən dumanı. Mənim günahım idi bu.
Şəffaf bint Ağrıların Heroqlifləriylə
gecənin zülmət qaranlığında uçdu.
Saysız-hesabsız İşarələr söndü. Bizim qarşımızda
bu boş səmada başlanğıc işığı yandı. Suyun üzündən
asılmışdı dünyanın embrionu.