Millət vəkili Vahid Əhmədov seçicilərin çoxsaylı müraciətini nəzərə alaraq aprel ayında Quba şəhərindəki ofisində vətəndaşlarla ikinci kəs görüş keçirib. Bu barədə Moderator.az-ı millət vəkilinin köməkçisi Arif Orucov məlumatlandırıb. Məlumatda deyilir:
“34 nəfərdən ibarət görüş iştirakçısının hər birini ayrı-ayrılıqda qəbul edən millət vəkili, onları narahat edən problemləri dinləyib. Şəhərdə mənzil fondunun həddən artıq köhnə olması, uzun illərdir ki, yaşayış evlərinin inşa olunmaması və bir sıra hallarda məmur diqqətsizliyi üzündən yaranan narazılıqlar, əsas problemlərdən biri kimi diqqətə çatdırılıb. Qaldırılan problemlərdən biri də Qudyalçay üzərindən keçərək şəhəri Qırmızı qəsəbə ilə birlşdirən, yaxın vaxtlarda təmir olunmuş körpünün nəqliyyatın hərəkəti üçün bağlı olması olub. Şəhərin küçələrinin işıqlandırılması, abadlaşdırılması, asfaltlaşdırılması, müəyyən yerlərdə qazın təzyiqinin az olması səbəbi ilə yaranan çətinliklər və sair məsələlər qəbul zamanı deputatın nəzərinə çatdırılıb. Bir neçə problem elə qəbul zamanı həllini tapıb, digər məsələlər nəzaərətə götürülüb.
Aprel ayının 11-də aparılan qəbul zamanı səsləndirilən və həlli məsul şəxslərə həvalə edilən bir neçə məslənin icrası ilə tanış olmaq məqsədi ilə millət vəkili şəhərin Vaqif küçəsində asfaltlaşma işləri lə tanış olub, qəbuldan keçən 12 gün ərzində böyük işlərin görüldüyünü müşahidə edib.
Günün sonunda millət vəkili Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşüb və bir sıra məsələlərin həlli yollarını müzakirələr aparıb”.