Gəl dost olaq söyləmə, bunca olandan sonra,
Qəlbimdəki ağrını bu kəlməylə bəzəmə.
Elə çəkilərəm ki, ömründən, həyatından
Çətin ki, rast gələsən bir də mənim izimə.
Eşqimiz zərbə aldı taleyindən ölümcül,
Dostluq da bu zərbədən nəsibini alacaq.
Eşqimizin sönməyən günəşi qarşısında
Dostluğumuz hər zaman bir şam kimi qalacaq.
Necə ağır, ümidsiz olsa da vəziyyətim,
Yenə əvvəlki kimi öz cəbhəmdə qalıram.
Sənin vəd eylədiyin bu əbədi dostluğu,
Mən öz böyük eşqimə bir həqarət sayıram.
Nə qədər hökm etsəm də, ürəyimə, qəlbimə,
Könlüm sənlə dostluğa inanma ola razı.
Adı bizə ilk gündən məlum olan bir hissi,
Özgə bir ad altında yaşatmaq nəyə lazım.
Dostluq ali bir duyğu, fəqət bizdən çox uzaq,
Gəl biz sabahımızçün ayrı cığır, yol seçək.
Tam başqa bir duyğunu dostluq kimi vəsf edib,
Onun böyük adını əsla ləkələməyək.
Əgər çarə yoxdursa bu eşqi yaşatmağa,
Onda səssiz-səmirsiz hicrana təslim olaq.
Biz səninlə həyatı sevə-sevə yaşadıq,
Indi də sevə-sevə, məhəbbətlə ayrılaq.
Seymur Əliyev
e-mail: seymur_dq04@mail.ru