Braziliyanın şimalında Adolf Hitlerin cəsədinin qalıqlarının tapıldığı iddia olunur. Moderator.az ANS PRESS-ə istinadən bildirir ki, Adolf Hitlerin Brazilyaya gəlməsi və burada dəfn olunası ehtimal olunur. Ekshumasiya edilən cəsədin Brazilyanın şimalında Matu-Qrosu ştatının köhnə katolik qəbirstanlığındə dəfn edildiyi bildirilir. Hitlerə aid olduğu iddia edilən cəsədin unikal şəkildə ekskhumasiya edildiyi də bildirlir. Hitlerin bu yaxınlarda öldüyünü əks etdirən iddialar da yayılıb. Brazilyada tapılan və Hitlerə aid olduğu bildirilən ekshumasiya edilmiş meydin bir daha onun bu yaxınlarda vəfat etməsi barədə yayılan fikirləri təsdiq edir
Qeyd edək ki, bir müddət bundan öncə, həyat yoldaşı Yeva Braunla birlikdə 30 aprel 1945-ci ildə bunkerlərin birində intihar etdiyini bildiyimiz dünyanın 1 nömrəli nasisti Adolf Hitlerin həyatı ilə bağlı yeni iddia meydana çıxıb. İddiada Hitlerin 95 yaşına qədər Braziliyada yaşadığı bildirilir. Simoni Renee Guerreiro Dias adlı brazilyalı yazıçı "Hitlerin Brazilyada yaşamı və Ölümü" adlı yeni kitabında, nasist liderinin 1984-cü ildə, 95 yaşında olarakən Brazilyada vəfat etdiyini qeyd edib.
Xatırladaq ki, Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriyanın Braunau şəhərində anadan olub. Adolf 13 yaşında atasını, 18 yaşında isə anasını itirib. 1918-ci ilin sonunda Hitler Münhenə gedib və ordu sıralarına yazılıb. Kapitan Ernst Remin tövsiyəsi ilə "Alman Fəhlə Partiyası"na qoşulan Hitler tezliklə partiyanın yaradıcılarını kənarlaşdıraraq onun yeganə liderinə çevrilib. Onun təşəbbüsü ilə 1919-cu ildə partiyanın adı dəyişdirilərək "Alman Nasional Sosialist Fəhlə Partiyası" (Nationalsozialistische Deutsche Arbeiterpartei, NSDAP) adlandırılıb.
Partiyadakı tərəfdarları alovlu çıxışlarına və qətiyyətliliyinə görə Hitlerə "Fürer" (rəhbər) ləqəbi veririblər. 1924-cü ilin fevral-mart aylarında keçirilən məhkəmənin qərarı ilə Adolf Hitler 5 il müddətinə həbsə məhkum edilsə də, cəmi 10 ay sonra azadlığa buraxılıb. Həbsdə olduğu müddətdə özünün məşhur "Mənim mübarizəm" (Mein Kampf) adlı kitabının birinci hissəsini yazıb.