Ana Vətən Partiyasının rəhbərliyi və Şabran, Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlarının bir qrup fəalı 31 mart Soyqırım gününü qeyd edib. Partyanın mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, bu məqsədlə Quba rayonunda konfrans keçirilib:
“ Konfransda 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələrinin Azərbaycanın bütün ərazilərində dinc əhaliyə qarşı törətdiyi soyqırımdan, beş ay ərzində 50 mindən çox soydaşımızın erməni faşizminin qurbanı olmasından, Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında baş verən dağıntı və vəhşiliklərdən bəhs edilib.
Sonra konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmiş və kütləvi məzarlıq üzərinə tər çiçəklər düzüb”.