“Dünya bazarında neftin qiymətinin bahalaşması Azərbaycanda infilasiyaya səbəb olmayacaq”.
Bunu Moderator.az-a açıqlamasında iqtisadçı-ekspert İlham Şaban dünya bazarında neftin qiymətinin artması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə Azərbaycanın dünya bazarı ilə bağlılığı zəifdir və ona görə də dünya bazarındakı hadisələr Azərbaycana o qədər də təsir göstərmir:
“İndi dünya bazarında vəziyyət gərgindir. Çünki siyasi amillər bazara təsir edir. Ukraynadakı hadislərlə bağlı dünyada aparıcı neft və qaz haslatçısı hesab edilən Rusiyaya qarşı sanksiyaların tətbiqinə hazırlıq gedir. Bunu isə sistemli şəkildə, üç mərhələdə həyata keçirmək istəyirlər”. İlham Şaban eyni zamanda, Krımdakı vəziyyətin sabitləşməməsinin iqtisadi proseslərə təhlükəsindən də danışdı:
“Krım münaqişəsi öz həllini tapmazsa, il ərzində biz neftin qiymətinin kəskin artması və enməsini müşahidə edəcəyik. Bu isə bazarlarda mənfi tendensiya yaradacaq. Yəni iqtisadiyyat zəif inkişaf edəcək, alıcılıq qabiliyyəti düşəcək və ölkələrin hərbi xərcləri artacaq. Lakin bunlar ilkin proqnozlardır və bir həftə sonra nə baş verəcəyi məlum deyil. Lokal hərbi münaqişənin başlanacağı da ehtimal edilir”.