“Böyük ehtimalla İran Tehran-Bakı münasibətlərinə təsir edəcək “üçüncü qüvvə” deyərkən ilk növbədə Qərbi nəzərdə tutur”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Rasim Musabəyov İranın Azərbaycandakı səfirliyinin “İran və Azərbaycan arasında əməkdaşlı möhkəm olmalıdır ki, üçüncü qüvvələr Tehran-Bakı münasibətlərinə zərbə vura bilməsin” bəyanatına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, səfirlik “üçüncü” qüvvə deyərkən ilk növbədə Qərbi, daha sonra İsraili nəzərdə tutur:
“Bəli Azərbaycan İranla münasibətlərdəki irəliləyişdə maraqlıdır. Çünki İranla yaxşı münasibət həm İran, həm Azərbaycan üçün faydalıdır. Ancaq bu, birtərəfli ola bilməz. Belə ki, hallarda Azərbaycan İrana qarşı yaxşı münasibət nümayiş etdirsə də, bir çox hallarda İran Azərbaycan torpaqlarını işğal edən və Azərbaycanın maraqlarına cavab verməyən separatçı ermənilərlə İran-Azərbaycan dostluq münasibətlərinə xələl gətirən əməkdaşlıq edir”.