Moderator.az-a daxil olan məlumata görə, Ana Vətən Partiyasının Gənclər Təşkilatı Bakı Dövtət Universitetində Heydər Əliyevin müdrik sözü olan”Xalqın,vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” mövzusunda tədbir keçirib.
Tədbirdə ilk olaraq çıxış edən Ana Vətən Partiyası Gənclər Təşkilatının sədri Tural Məmmədov Ulu Öndər Heydər Əliyev ideyalarından, onun xalqımıza verdiyi töhvələrdən geniş bəhs etdi. T.Məmmədov Azərbaycan gəncliyini ayıq-sayıq olmağa və milli tariximizi dərindən öyrənməyə çağırdı.
Eyni zamanda beynəlxalq aləmin Azərbaycana qarşı göstərdiyi ədalətsizlikdən danışan sədr bildirdi ki, mövcud sabitliyimizin qorunmasında hər bir kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışan Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı Azad Rzayev, belə tədbirlərin gənclər arasında mütamadi keçirilməsinin vacib olduğunu söylədi. Azad müəllim Ana Vətən Partiyasına keçirdiyi tədbirlərə görə təşəkkür etdi.
Sonda tədbir tələbələrin çıxışları ilə başa çatıb.