Tanınmış şair-publisist Heydər Oğuz Əkrəm Əylislinin “Daş yuxular” kitabına qəzəllə cavab verib. Hazırda Əkrəm Əylislinin bu kitabı Nobel mükafatına layiq görülməsi məsələsi gündəmə gələrkən, dostumuz Heydər Oğuzun həmin qəzəli də günün ən actual sözünə çevrilib. Moderator.az olaraq biz də həmin qəzəli videoklipiylə bərabər oxuculara təqdim edirik.
Görər əlbəttə bu cür boş yuxular,
“Daş yuxular”
Yağı ağuşuna hər kim ki qoyub baş yuxular.
Doğrudan daş kimidir, vursan oyanmaz yuxudan
Əkrəmin ağlın alıb eylədi çaş-baş yuxular,
Bizi üzdükcə qəmə, düşməni xoşhal elədi
Dosta düşmən yuxular, düşmənə qardaş yuxular.
Baxsa xalqın yazarı xalqına barmaqarası
Onu əlbəttə edər yad ilə sarmaş yuxular.
Naşılar ondan olurlar ayıdan təhlükəli
Ayı bir qış yuxularkən, naşı yay-qış yuxular.
Ayı insandır o kəs ki, uzun il ötsə belə
Anlamaz bir yuxudur gördüyü nimdaş yuxular.
Gərək aydın danışa ölçülü öz uyqusunu
Göz oyar yoxsa düzəltməkdə ikən qaş yuxular
Dəli bir uyqu görüb xalqı
salıb dərdə, Oğuz,
Olmasın kimsəyə qismət belə oğraş yuxular.
//www.youtube.com/watch?v=xF5jhJtvsDE