Azərbaycanın heç bir dövlət qurumu Rusiyada bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən psixoloji təzyiq və hərbi əsir münasibətinə məruz qalan Müsavat Partiyasının rəhbər şəxsləri ”“ Arif Hacılı və Gülağa Aslanlı ilə maraqlanmayıb.
Bu barədə Moderator.az-a Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. G.Aslanlının bildirdiyinə görə, bu yanaşmanın özü dövlətin vətəndaşa olan münasibətinin bariz nümunəsi hesab edilə bilər:
“Şəxsən mənə Azərbaycanın hər hansı dövlət strukturu tərəfindən zəng edilməyib. Kimsə Rusiyada baş verənlərlə bağlı məndən nə isə soruşmayıb. Kimsə bu işlə maraqlanmayıb. Sanki elə istədikləri bu imiş. Bunun özü bir daha sübut edir ki, Azərbycanda dövlət vətəndaşın arxasında daynmır. Bu, həmişə belə olub. Biz bunu Rusiyada yaşayan azərbaycanlılarla münasibətdə də müşahidə eləmişik. Rusiyadakı soydaşlarımızla kobud rəftar ediləndə, onları döyəndə, hətta öldürəndə belə Azərbaycan hakimiyyəti öz vətəndaşının arxasında dyanmayıb. Odur ki, doğrusu bu dəfə də fərqli bir münasibət gözləmirəm”.
Seymur Əliyev