Mart ayının 11-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi universitetdə təhsil alan əcnəbi tələbələrlə növbəti ənənəvi görüşünü keçirib.
SDU-nun mətbuat xidmətindən Moderator.az-a verilənm məlumata görə, görüşdə Dövlət Miqrasiya Xidmətinin idarə rəisinin müavini Nazim Salmanov Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti istiqamətləri, qanunvericilik aktları haqqında həmçinin miqrasiya ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində görülən işlərdən geniş söhbət açıb.
Natiq qeyd etdi ki, yaranmış hər hansı suallarla bağlı tələbələr Miqrasiya xidmətinin rəsmi internet səhifəsindən (www.migration.gov.az) və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Məlumat Mərkəzinin ”“ “Qaynar xətt”indən (919 telefon nömrəsi) istifadə edə bilərlər.
Tələbələri maraqlandıran sualları ətraflı cavablandıran Nazim Salmanov Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun layihəsinə avqust ayının 1-də edilən dəyişikliklər barədə tədbir iştirakçılarını məlumatlandırdı.
Görüşün sonunda Əcnəbi Tələbələrin Hazırlıq Mərkəzinin müdiri Südabə Məmmədova Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinə SDU-nun rəhbərliyi adından dərin təşəkkürünü bildirdi.