Ukraynanaın səlahiyyətləri əlindən alınan prezidenti Viktor Yanukoviç bu gün növbəti dəfə müraciət edəcək. Moderator.az ANS PRESS-ə istinadən bildirir ki, Yanukoviçin müraciəti bu gün saat 13:00-da Rostovdakı "Verpolekspo" sərgi mərkəzində olacaq.
Məlumata görə, zala ancaq redaksiya tərəfindən qeydiyyat vəsiqəsi olan kütləvi informasiya vasitələri nümayəndələri buraxılacaqlar. Onlar təhlükəsizlik qaydalarına uyğun olaraq müvafiq yoxlamalardan keçiriləcəklər. Tədbirin təşkilatçıları isə yanukoviçin yaxınlarıdır.
Qeyd edək ki, V.Yanukoviç fevral ayının 28-də də Rostovdan xalqa müraciət etmişdi. O, özünü hələ də Ukraynanın leqitim prezidenti hesab etdiyini demiş və Ali radanın qəbul etdiyi qərarların qanunsuz olduğunu dilə gətirmişdi.
Yanukoviç fiziki təhdidlərə görə ölkəni tərk etmək məcuburiyyəti qarşısında qaldığını qeyd etmişdi.
Ukraynada baş verən ixtişaşlardan sonra fevral ayının 22-də hakimiyyət dəyişikliyi baş verib. Ali Rada prezident Viktor Yanukoviçin səlahiyyətlərini əlindən alıb. Prezidentin səhaliyyətlərini müvəqqəti olaraq Aleksandr Turçinov icra edir. May ayının 25-də yeni prezident seçkisi təyin edilib.