Hakimlə Pərviz Həşimli arasında mübahisə yarandı
Oxunub: 6104
07 Mar 2014 | 20:04
Hakimlə Pərviz Həşimli arasında mübahisə yarandı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin və onunla birgə təqsirləndirilən Təvəkkül Qurbanovun cinayət işi üzrə hazırlıq iclası davam etdirilib. 
İclas başlamazdan əvvəl Pərviz Həşimli jurnalistlərə açıqlama verib. O bildirib ki, dünən vəkili Bəhruz Bayramov görüşə gələn zaman MTN-in istintaq təcridxanasında onun qeydlərini alıblar. “Buna etiraz etdiyim üçün iki gündür məni gəzintiyə çıxarmırlar. Əslində, gəzinti yeri də qapalıdır, 6 kvadrat metr qapalı ərazinin yalnız üstü açıqdır” - deyə Pərviz bildirdi. Jurnalist əlavə etdi ki, NTN-də ona əvvəl yazdığı yazıları xatırladaraq, onu nazirliyin əleyhinə fəaliyyət göstərməkdə ittiham ediblər. “2 il əvvəl yazdığım “Gəncədə MTN-in Antiterror Mərkəzinin əməliyyatı uğursuz oldu” yazıda qüsurlu əməliyyat təşkil olunduğunu yazmışdım.  “Sahibkar MTN rəhbərindən kömək gözləyir” başlıqlı digər yazımda isə MTN əməkdaşının sahibkardan pul istədiyindən bəhs olunurdu. Həmçinin ötən il MTN-in sabiq nazir müavini, hazırda Korrupsiyaya Qatşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin qəzaya düşməsi barədə mətbuatda yazılar gedərkən, onun özü ilə əlaqə saxlayaraq, belə bir qəzanın olmadığını aydınlaşdırmışdım. İndi həmin yazıların hamısını qarşıma qoyaraq bildirilər ki, biz sənə çoxdan nəzarət edirdik” - deyə Pərviz vurğuladı.  Jurnalist onu da bildirdi ki, o, istintaqda cəmi 3 dəfə ifadə versə də, cinayət işinin materiallarında onun adından ifadələr var: “Düzdür, həmin ifadələrdə əleyhimə bir şey yazılmayıb. Qeyd olunub ki, mən ittihamları rədd edirəm.  Ã–züm verdiyim ifadələrdə isə bu fikirlərlə yanaşı, siyasi motivlə həbs olunduğumu da deyirdim”.
Pərviz Həşimli proses başlayan kimi hakimdən söz alaraq ona müraciət təqdim etdi. “Ötən prosesdə mənə xəbərdarlıq etdiniz ki, məhkəməyə hörmətlə yanaşmaq borcumdur. Bəli, hakimə və məhkəməyə hörmət etmək  qanunla borcumdur. Amma qanunlara hörmət etmək də sizin borcunuzdur. Ötən prosesdə MTN-in istintaq təcridxanasında işgəncəyə məruz qaldığımı, hüquqlarımın pozulduğunu və basqı altında olduğumu bildirərək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada Bakı İstintaq Təcridxanasına köçürülməyim barədə vəsatət verdik və kifayət qədər əsaslandırmağımıza baxmayaraq, təmin etmədiniz. Həmin məhkəmədən sonra məni gəzinti hüququmdan da məhrum ediblər. Həmçinin orada mənə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ailə üzvlərim və yaxınlarımla görüşmək hüququm, vəkillərimlə konfedensil ünsiyyət hüququm pozulur. Ötən dəfə də bildirdim ki, sizə və digər instansiyalara göndərdiyim müraciət və şikayətlərim ünvanına çatdırılmır. Ona görə də müraciəti sizə məhkəmədə təqdim edirəm” - deyə P.Həşimli bildirdi.
Hakim isə jurnalistin müraciətini elan etdi. Müraciətdə qanunvericilikdə nəzərdə tutulmuş - ailəsi ilə görüş, telefon əlaqəsi və s. hüquqlarının təmin olunması ilə bağlı istintaq təcridxanasının rəhbərliyinə məktub hanzırlanması məhkəməsən xahiş edilib.
Hakim bildirdi ki, təqsirləndirilən şəxsin bu hüquqları qanunvericilkdə nəzərdə tutulub və bu hüquqları təmin etmək təcridxana rəhbərliyinin vəzifəsidir. 
Pərviz Həşimli: - Hörmətli hakim, təcridxana rəisi deyir ki, mənim gücüm çatmır, siz özünüz MTN-də işləmisiniz və bilirsiniz təcridxana rəisinin orada qapı açıb-bağlayan qədər səlahiyyəti yoxdur...
Hakim Novruz Kərimov: - Hər dəfə mənim  MTN-də işləməyimi xüsusilə vurğulamağa ehtiyac yoxdur. Mən əvvəllər sizi tanımamışam. Siz məni tanıyırdınız?
Pərviz Həşimli: - Tanımırdım, adınızı eşitmişdim...
Hakim: Mən heç adınızı da eşitməmişdim. Cinayət işi icraatıma verilən günün səhəri vəkil bildirdi ki, sizin icrratda belə bir iş var. Yalnız ondan sonra işlə tanış olub, sizin barənizdə məlumat almışam.
Pərviz Həşimli: - Ancaq hörmətli hakim, mənim hələ istintaqım gedən zaman demişdilər ki, sənin işinə məhkəmədə də özümüz baxcağıq. Şəxsən də sizin adınızı çəkdilər ki, MTN-in sabiq müstəntiqi Novruz Kərimov işə baxaraq sənə 6 il iş verəcək...
Hakim: - Sizə kim nə deyib bilmirəm, bir daha deyirəm ki, mən işi icrrata götürəndən 1 gün sonra sizin adınızı oxumuşam. Ona qədər sizi şəxsən tanımamışam. Bu, mənim üçün icraatımda olan adi işlərdən biridir. O ki qaldı MTN-in istintaq təcridxanasında hüquqlarınızın pozulması ilə bağlı dediklərinizə, sizin bu hüquqlarınız qanunvericilikdə nəzərdə tutulub və təmin olunmalıdır.
Pərviz Həşimli: - Faktiki olaraq təmin olunmur, ona görə də, xahiş edirəm, mənim Bakı İstintaq Təcridxanasına köçürülməyimi təmin edəsiniz
Hakim: - Sizin yaxın qohumlarınızdan müraciət daxil olub, bu məsələni araşdırarıq, sizə də cavabını deyərik. Amma bu, məhkəmə iclasında araşdırılan məsələ deyil. Sizin kimdənsə narazılığınız, şikayətiniz ola bilər, biz burada həmin məsələlərə baxmırıq. 
Pərviz Həşimli: - Söhbət həm də mənim müdafiə hüququmun pozulmasından getdiyi üçün, məhkəməyə aidiyyatı var.
Hakim: Mən məhkəmənin səlahiyyətinə aid olan məsələlərə baxacağam. Amma kiminsə səlahiyyətinə və vəzifəsinə aid olan məsələyəni öz üzərimə götürsəm, qanunu pozmuş olaram. Təcridxana rəhbərliyinin sizin hüquqlarınızı pozduğunu hesab edirsinizsə, bununla bağlı Prokurorluğa müraciət edə bilərsiniz.
Vəkil Bəhruz Bayramov: - Mənim əlimdən qeydlərim qanunsuz olaraq alınıb, halbuki o qeydlər konfidensialdır...
Hakim: - Bununla bağlı vəzifəli şəxsin qanunsuz hərəkətindən müvafiq qaydada şikayət vermək hüququnuz var.
Pərviz Həşimli: - Belə çıxır ki, mənim hüquqlarımın pozulması sizi qane edir? İşə bu cür baxacaqsınız? 
Hakim: - Sizin hüquqlarınızın pozulması yox, hüquqlarınızın bərpa olunması məni qane edir. Burada bütün məsələlər qanunvercilik qaydasında araşdırılaraq hüquqi qiymət veriləcək...
Daha sonra məhkəmə hazırlıq iclasının yekunlaşması və işin mahiyyəti üzrə baxışa təyin olunması ilə bağlı tərəflərin fikrini soruşdu. Vəkil Fariz Namazlı bildirdi ki, ötən məhkəmə iclası vəkillərin Pərviz Həşimli ilə görüşə bilmədiyi üçün müdafiə taktikası müayyənləşdirilməməsi səbəbilə təxirə salınmışdı. “Siz görüşə icazə verilməsi ilə bağlı məktub təqdim etsəniz də, arada cəmi 2 gün vardı və bu müddət məktubun təqdim edilməsi proseduru üçün yetrəli olmadı” - deyən vəkilə hakim bildirdi ki, məhkəmə vaxt verə bilər. Pərviz Həşimli isə vəkilə təxirə salmağa ehtiyac olmadığını bildirdi. Digər təqsirləndirilən və vəkili də cinayət işinin baxışa təyin edilməsinə etiraz etmədilər.
Daha sonra dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri dəyişdirilmədən, işin məhkəmə baxışına təyin edilməsi və açıq məhkəmə iclası vasitəsilə baxılması barədə qərar çıxarılmasını xahiş etdi. 
Müşavirədən qayıtdıqdan sonra hakimlər təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin dəyişdirilmədən işin baxışa təyin olunması və ilk prosesin 11 mart 2014-cü il saat 10.00-a təyin edilməsi barədə qərarı elan etdilər. 
Tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb. İstintaqın yekunu olaraq  Pərviz Həşimliyə qarşı  Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə ) maddəsi ilə də əlavə itiham irəli sürülüb.  
Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. Amnesty İnternational təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.
Oxşar xəbərlər
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
GÜNLÜK
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 13:23
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 13:23
Rəqsanənin əmlaklarına həbs qoyuldu
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 13:23
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 13:23
Rəqsanənin əmlaklarına həbs qoyuldu