Moderator.az-a daxil olan məlumata görə, Avropa Azərbaycanlıları Milli Birlik Şurası və Beynəlxalq Haqq və Ədalət Assosiasiyası Avstriya məhkəməsinə, prokurorluğuna və parlamenmtinə birgə müraciət ünvanlayıb.
Martın 4 də Avropa Azərbaycanlıları Milli Birlik Şurası və Beynəlxalq Haqq və Ədalət Assosiasiyası Avstriya Məhkəməsinə, Prokurorluğuna və Parlamentinə 2005 və 2011 ci illərdə Azərbaycan Mərkəzi Bankı ilə Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan Oe BS şirkəti arasında azərbaycan milli manatının capı prossesdə “maliyyə fırıldaqçılığına” dair məhkəmə prossesi ilə əlaqədar birgə müraciət ünvalayıblar.
Müraciətdə, məhkəmə prossesinin Azərbaycan cəmiyyətində yaratdığı rezonansın böyük olduğu qeyd edilir və Azərbaycan cəmiyyəti tərəfindən böyük diqqət və maraqla izləndiyi bildirilib.
Həmçinin bəyanatda bildiriir ki, “bu gün heç kimə sirr deyil ki, Azərbaycan hökuməti korupsiyaya görə dünyanın ən çox korrupsiyalaşmış hökumətlərindən biridir. Bu hal, Azərbaycanda demokratiya ve insan haqları sahəsində ciddi maneələrədən biridir. Korrupsiya halı bütün dünyanı narahat etdiyi kimi Azərbaycan xalqını və bizləri də ciddi narahat edir.
Vyanda başlamış məhkəmə prosesi Azərbaycan ictimaiyyətinin böyük diqqətinə və marağına səbəb olub. Həmin məhkəmə prossesi barədə Azərbaycanın və Avropanın bir çox media orqanları maraqlı informasiya və məqalələr çap etmişlər. Lakin həmin prossesdə Azərbaycan tərəfindən bu cinayətdə iştirak edənlərin adları açıqlanmır.
Həmin prosesin Azərbaycan ictimaiyyəti üçün həssas bir məsələ olduğunu nəzərə alaraq prossesdə adları qeyd edilən azərbaycan məmurlarının adlarının ictimaiyyət üçün açıqlanmasına ümid edirik.
İnanırıq ki,Vyanada davam edən həmin prosses baş vermiş maliyyə fırıldaqçılığında iştirak etmiş şəxslərin qanun qarşısında ciddi məsuliyyətə cəlb edilməsi ilə nəticələnəcək “.