Tanınmış repçi Anar Nağılbaz kinorejissor Şeyx Əbdül Mahmudbəyovu ciddi şəkildə ittiham edib.
Moderator.az-ın məlumatlna görə, o, bu barədə öz Facebook səhifəsində yazıb. Anar Nağılbaz qeyd edib ki, efirdə yeni qalmaqal açmaq fikrindədir:
"Bu statusu görən media nümayəndələrini bu barədə müsahibələrə dəvət edirəm. Özünü Şeyx Əbdül kimi qələmə verən, ATV-nin qabağında hər zaman mənə, atama qurban-sadağa gedən, kürdəmirli olduğu ilə fəxr etdiyini deyən, özünü meyxananın alimi kimi görsədən "Nəsimi" filmindəki aktyorumuz "Şeyx" Əbdül, bu gün ANS telekanalında böyük səhvlərə yol verdi, çünki bəzi bir çoxları kimi özünə xal qazandırıb, ucuz bir şeydən ucalmaq fikrinə qatılıb. Deyir "mən,başa düşmürəm, rep, rep deyirlər, özünü ağıllı görsədirlər (ay Əəəəəbdüüülll çöldə üzümü yalayan sən idin), rep bəhri-təvildi, nə özüvüzü cırıb dağıdırsuz, bizə rep lazımdı? Meyxanamız var" indi mənim sualım sənədir çoxüzlü, ziyalı tayfasının heç yanından keçməyən, televiziyaların çöllərində 60 yaşında sülənən Əbdül müəllim sən bundan nə qazandin? Və axı əslində bilirsən, amma repi meyxananın dalına salırsan, əgər sənin siyasətin bu arada repi (qərbi) - meyxananın (şərqin) dalına salmaqdırsa alınmadı, çünki buna hər halda deyirlər "çuşka"lıq, ümumi bir fraza var yadında saxla, "DEKLOMASİYA"- bu frazanın sənə tarixini üzbəüz hətta hansı əsrdə hansı ailədən çıxmasını deyərəm. "Deklomasiya"- ritm(dəxli yoxdur hansı bölüm) üzərində söz deməkdir, o ki qaldı "Bəhri təvil"ə ))) sən 22 il geridəsən çünki bu barədə düz 22 il əvvəl mən, Anar Nağılbaz və görkəmli bəstəkar Cavanşir Quliyevlə "Gecə Kanalı" verilişində düz saat yarım mübahisə etmişəm və yaşıma baxmayaraq sonda mənimlə razılaşıb və bu günə qədər də xətrimi bu söhbətə görə istəyir ki, düz deyirdin Qərb mədəniyyətinin riyazi bölümü ayrı olduğu kimi Şərq mədəniyyətini buna calağ eləmək olar, amma bir-birinin dalına soxmaq olmaz. Mən çox adamlardan sizin savadsız olduğunuzu eşitmişdim, amma bu gün Elgizin verilişindən sonra sizin adi nə milli və nə riyazi anlayışınızın olmadığını gördüm. Ümumi fikirlərdə xalqa yaxın danışsanız da xahiş edirəm,("tem bolee") ağsaqqal sayılırsınız, ağır oturub batman gəlin, bilmədiyiniz işlərə burnunuzu soxmayın. Siz elə nəyisə nəyinsə dalına soxub nəsə düzəltmək istəyirsiz. Bağışlayın, "Şeyx" müəllim, Azərbaycan məkanı qədim məkan olsa da "Parnuxa" məkanı deyil. Əvvəl hörmətim vardısa bir aktyor, bir azmaz ziyalılığı olan bir insan kimi, daha buna şübhə ilə yanaşdım. Çox təəssüf edirəm özünüzü qəhrəman hiss etdiniz,yanınızda çox minli repçilərmizdən biri olsaydı yaxşı cavabınızı verərdi elə sizin ləntərani dildə "T kto takoy,davay dosvidaniya!"