AKP hökuməti ilə Öcalan arasındakı gizli danınışıqlar Türkiyə ictimaiyyəti daxilində zaman-zaman ciddi narazılıq və etiraza səbəb olan başlıca problemlərdən biri hesab edilir. Xüsusilə də Türkiyə müxalifəti və millətçi kəsim AKP hakimiyyətinin bu addımını vətənə xəyanət kimi qiymətləndirməkdədir.
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, AKP-Öcalan danışıqları tamamilə normal və anlaşılandır:
“Mən AKP hökuməti ilə Öcalan arasında danışıq aparılmasında heç bir qəribəlik görmürəm. Əgər ortada hər hansı bir problem varsa, onu həll etmək üçün tərəflərin bir araya gəlməsi, danışıqlar aparması zəruridir. Azərbaycan və Ermənistan məsələsini götürün. Azərbaycan tərəfi də əli qanlı Sərkisyanla danışıqlar aparır. Bu kimi problemlərin həllində danışıqlardan başqa yol yoxdur. Kürd məsələsində də AKP hökuməti gördü ki, problemin həllində yeganə yol danışıqlara getməkdir. Buna görə də hökumət terrorçu Öcalanla danışıqlara gedir”.
Seymur Əliyev