Eks-spiker Moderator.az-a bu dəfəki açıqlamasında Rusiyanın Krıma qoşun yeritməsiylə bağlı qəbul olunmuş qərarı və hadisələrin sonrakı gedişini proqnozlaşdırırıb:
"Rusiyanın Krıma qoşun yeritməsi elə də asan məsələ deyil. Prezident Administrasiyasının bir şöbəsi olan Fedarasiya Şurasından qoşun yeritməyə icazə istəməsi, sadəcə olaraq gərginliyi artırmaq məqsədi üçün edilib. Ukrayna Gürcüstan deyil, ukrayna əsgərinin moralı rus əsgərindən qat-qat yuxarıdır və o elə-belə torpaqlarını heç kimə verməz. Çox böyük qan tökülər və kimin qalib gələcəyi məlum olmaz. Rusiyanın hərbi donanmasını heç o biri ölkələrlə müqayisə etmirəm, Türkiyənin donanmasından da zəifdir.Ümumiyyətlə, Rusiya kiçik ölkələrlə müharibə apara bilər, Ukrayna ilə yox. Krımın tarixində bu torpaqlar uğrunda 1853-55-ci illərdə bir tərəfdə İngiltərə,Fransa və Osmanlı imperiyası o biri tərəfdə Rusiya imperiyası arasında savaş olub. Krımda ruslar ağır məğlubiyyətə uğrayıblar və Qara dənizdə hərbi donanma saxlamaq onlara qadağan edilib. Bu hadisə çar 1-ci Nikolayın vaxtında baş verib. Çar Nikolay xaraktercə eynilə Putin kimi aqressiv bir adam idi.Hər halda Putin də bu tarixi faktı bilməmiş deyil. Ona görə belə bir müharibəyə başlasa oradan o qalib kimi çıxa bilməz. Rusiyanın enerji resurslarına embarqo qoyarlar, xarici banklar hesablarını dondurar və sair. Hər halda ağlı başında olan insan belə qərar qəbul etməz,ancaq Putin şan şöhrət naminə ağlını çaşdıranlardandır, sələfi 1-ci Nikolay kimi. Düşünürəm ki, Putin Qərbdən və Ukraynadan nəsə qoparmağa çalışacaq, bununla da problem aradan götürüləcək. Məsələn, Sevastopol 100 illiyə RF-nın donanmasına icarəyə veriləcək.Avropa İttifaqı ilə vizasız rejim müqaviləsi imzalanacaq. Ukraynadan başqa ətrafında olan Azərbaycan,Ermənistan,Gürcüstan və Orta Asiya ölkələrinin RF -nın maraq ölkələri olduğuna Qərb razılaşacaq və sair."