Hörmətli, media nümayəndələri!
"Ağ Yol" Vətəndaş
Hərəkatı "Smart Telefonunu Sosiallaşdır!" aksiyasına start verir.
Bununla bağlı, 01.03.2014-cü il tarixində aksiyanın təqdimatı keçiriləcəkdir. Aksiyanın
təqdimatı saat 17:00-18:00`da 28 Mall AVM-də baş tutacaqdır. Təqdimatda gənclərə
aksiyanın məqsədi və müsabiqə şərtləri ilə bağlı ətraflı məlumat veriləcək.
Burada gənclər üçün müxtəlif əyləncəli viktorinalar və hədiyyələr də nəzərdə
tutulur.
Aksiyanın məqsədi: Sosial şəbəkə istifadəçiləri eyni zamanda smartfon
istifadəçiləridir. "Ağ Yol" Vətəndaş Hərəkatı da bunu nəzərə alaraq,
cəmiyyətimizi insanlarımızın gözü ilə göstərməyin daha səmərəli olacağını hesab
edir. Aksiya insanların şahidi olduqları təəccüblü və gülməli olayları, maraqlı əhvalatlar, kriminal və cinayət tərkibli
hadisələri görünütüyə alıb, sürətlə yüzminlərlə insana çatdırmaq məqsədini
daşıyır.
"Ağ Yol" Vətəndaş Hərəkatı olaraq sizi bu aksiyaya dəvət
edir və tədbirimizdə görməkdən məmnunluq hissini bildiririk.
Səhifəmiz: //www.facebook.com/agyolumuz
Qrupumuz: //www.facebook.com/groups/agyolumuz
"AÄž YOL" VH-nın Mətbuat Xidməti
Telefon:
+994 51 583 86 09;
+994 55 684 06 36;
+994 70 618 55 13