Rusiya prezidenti Vladimir Putin Ukraynaya qoşun yeritmək üçün Federasiya Şurasına müraciət edib.
Moderator.az ANS PRESS-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Ukraynada yaranmış qeyri-adi vəziyyətlə bağlı, Rusiya Federasiyasının vətəndaşlarının, bizim həmvətənlərimizin, Rusiya Silahlı Qüvvələrinin beynəlxalq saziş əsasında Ukrayna ərazisində (Krım Muxtar Respublikasında) dislokasiya edən şəxsi heyətinin həyatına yaranmış təhlükə ilə bağlı Rusiya Federasiyasının Konstitusiyasının 102-ci maddəsinin 1 hissəsinin “q” bəndinin əsasında Federasiya Şurasına Ukraynada ictimai-siyasi vəziyyət normallaşana qədər Rusiya Silahlı Qüvvələrinin bu ölkənin ərazisində istifadə edilməsi ilə bağlı müraciət təqdim edirəm", - deyə sənəddə bildirilir.