Hazırda Ermənistanın paytaxtı İrəvanda yürüş keçirilir. Moderator.az ANS PRESS-ə istinadən bildirir ki, aksiya iştirakçıları Ermənistandakı Rusiya səfirlıiyinin binası qarşısında dayanıblar.
Etirazçılar "Putin və Köçəryan insanlığa qarşı cinayət törədiblər. Biz Rusiyanın Ukraynaya qarşı avtoritar siyasətini pisləyirik. Bizim etirazımız Kremlin siyasətinə qarşısıdır", - deyə şüarlar səsləndirirlər.
Aksiya iştirakçıları əllərində "Geri çəkilməyə yer yoxdur" sözləri yazılmış qara plakat tutublar. Yürüşdə "İrs" partiyasının baş katibi Stepan Safaryan da iştirak edir. Partiyanın lideri Raffi Ovanisyanın İrəvanın Azadlıq meydanında bir qədər sonra başlayacaq mitinqə qatılacağını bildirilir. Polis aksiyada insidentin yaşanmasına imkan verməyərək, yürüşə hansı müdaxilə etmir.