Xarici işlər naziri Əhməd Davudoğlu Krımın gələcək aqibəti ilə bağlı rəsmi Ankaranın narahatlığını dilə gətirib. Nazir qeyd edib ki, "Türkiyə olaraq Ukraynanın bütünlüyü içində Krımın gələcəyini təminat altına almaq üçün hər cür səyi göstərəcəyik"
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xarici işlər naziri Əhməd Davudoğlu, Bolqarıstan səfərindən sonra Ukraynanın paytaxtı Kiyevə gedib. Davudoğlu Twitterdəki hesabından səfəri ilə bağlı şərhlər yazıb və Krım Tatar Milli Məclisi keçmiş başçısı, Ukrayna millət vəkili Mustafa Abdülcemil Kırımoğlu ilə görüşündən bir fotoşəkil də paylaşıb. Ə.Davudoğlu yazıb:
"Kiyevdə yenər-yenməz Krım iddiasının simvolu halına gəlmiş Mustafa Cəmil Kırımoğlu ilə görüşdüm. Sabah səhərdən etibarən çətin bir dövrdən keçən Ukraynalı səlahiyyətlilərlə görüşüb vəziyyət müzakirə edəcəyik . ABŞ , Almaniya xarici işlər nazirləri və AB yüksək nümayəndəsi Ashton ilə də danışaraq, atıla biləcək ortaq addımları dəyərləndirəcəyik. Türkiyə olaraq Ukraynanın bütünlüyü içində Krımın gələcəyini təminat altına almaq üçün hər cür səyi göstərəcəyik ".
Elman