“Krımda strateji obyeytləri nəzarətlərinə götürən və dünəndən etibarən bu mövqeləri tədricən boşaltmağa başlayan ruslar Ukrayna ordusunu təxribata çəkmək istəyir”.
Bu sözləri Moderator.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu bildirib. Politoloqun qənaətincə, Ukrayna ordusu hazırkı məqamda proseslərə müdaxilə etməməklə doğru mövqe sərgiləyir:
“Əslində Ukrayna ordusunun hazırkı mövqeyi daha düzgündür. Çünki ruslar öz addımları ilə Ukrayna ordusunu hərəkətə gətirmək, qarşıdurma yaratmaq istəyirlər. Bu, indiki məqamda rusların mənafeyinə xidmət edən bir məsələdir. Lakin Ukrayna ordusu gözləmə mövqeyindədir və rusların təxribatına hərbi müstəvidə qarşılıq vermir. Ruslar bu cür addımlarla Ukrayna ilə yeni münasibətlər fonunda öz maraqlarını qorumağa, Qara dəniz donanmasının saxlanılması, bu ölkənin NATO-dan kənarda qalması və s-yə çalışır. Rusiyanın hərbi-siyasi addımları bu məqsədə xidmət edir”.
Seymur Əliyev