“Qurban Məmmədovun ərizə ilə müraciət edib-etməməsindən asılı olmayaraq,düşünürəm ki,o qarşıdan gələn Novruz bayramı münasibəti ilə veriləcək əfv fərmanına daxil edilməli və azadlığa buraxılmalıdır.”
Bunu
Moderator.az-a tanınmış hüquqşünas Namizəd Səfərov bildirib. Onun sözlərinə görə
Qurban bəyin siyasi motivlərlə həbs edildiyini hamı bilir:
“
Hamıya birmənalı şəkildə bəllidir ki,Q.Məmmədov siyasi motivlərlə həbsə alınıb
və ona qarşı irəli sürülmüş ittiham uydurma və qondarmadır. Elə bu baxımdan da
hakimiyyət öz günühını ən azı bu formada yumağa cəhd etməlidir.Məhkəmələr
sifarişlə hökm çıxarmışlar və ittihamın qondarma olduğunu başa düşsələr
də geri çəkilə bilmirlər.Bizim məhkəmələrdə bəraət verilmir.Əslində Q.Məmmədovun
əfv fərmanına daxil edilməsi elə bəraət almağa bərabərdir."