ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında Azərbaycandakı məmurların dəbdəbəli həyatına diqqət çəkib. Partiya sədrinin sözlərinə görə, Azərbaycanda hətta 10-cu dərəcəli məmur kateqoriyası belə öz dəbdəbəli yaşamı ilə Ukrayna prezidenti və onun nazirlərindən geri qalmır:
“Bu gün Ukraynada Yanukoviçə məxsus saraylar, habelə Ukraynanın sabiq baş prokurorunun villası hakimiyyət və məmurların talançılıq siyasətinin nümunəsi kimi ictimaiyyətə təqdim edilir. Lakin Azərbaycanda 5-ci, 10-cu kateqoriyaya məxsus məmurlarda belə bur cür villa və saraylar kifayət qədər. Bizdə evində timsah saxlayan məmurdan tutmuş hər cür dəbdəbəyə malik çoxlu sayda məmura rast gəlmək mümkündür. Ukrayna baş prokurorunun malik olduğu sərvətə Azəbaycanda adi məmurlarda rast gəlmək olar. Bütün bunlar xalqdan oğurlanan pullardır və bu dəbdəbə xalqın hansı miqyasda talan edildiyini göstərir”.
Seymur Əliyev