"Üzümə deyirlər ki, ən azı 6 il cəza alacaqsan"
Oxunub: 6797
28 Feb 2014 | 10:26

Ötən ilin sentyabrında həbs olunmuş jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin işi üzrə məhkəmə prosesi başlanıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə baxılır.
Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı - beş ildən səkkiz ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır) maddələrilə ittiham irəli sürülüb. Istintaqın sonunda Pərviz Həşimliyə Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə) maddəsilə ittiham elan olunub.
Pərviz həbs olunandan bəri onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi, MTN-də işgəncələrə məruz qalması və s. məsələlərlə əlaqədar bir neçə dəfə məhkəmə prosesləri keçirilsə də, onların hamısı qapalı olmuşdu, jurnalistin yaxınlarından heç kim iştirak etməmişdi. Dünənki məhkəmə iclasında isə Pərvizin yaxınları ilə yanaşı, dostları, media nümayəndələri də iştirak edirdi.
Pərvizlə əlbir olduğu iddia edilən Təvəkkül Qurbanov da məhkəmə zalında idi. Qeyd edək ki, iş materiallarında onun Pərvizin əleyhinə ifadələri var.
Dünənki məhkəmə iclasında Təvəkkül Qurbanovun nə yaxınları vardı, nə də vəkili. Yalnızlığına baxmayaraq, Təvəkkül məhkəmənin kövrək də olsa, himayəsi altındaydı. Məsələn, tanınmış jurnalist və hüquq müdafiəçisi olmasına baxmayaraq, Pərviz Həşimli dəmir qəfəsə salınmışdı, Təvəkkül isə zalda prosesi izləyənlərlə yanaşı idi.

“Azadlıq” əvəzinə “Xalq qəzeti”

Məhkəmə iclası başlamamışdan əvvəl Pərviz dostlarına salam göndərdi, haqq mövqeyini heç nəyə güzəştə getməyəcəyini dedi. O, MTN-də “Azadlıq” həsrəti çəkdiyini də dilə gətirdi. Bildirdi ki, çox tələb etsə də, ona “Azadlıq” qəzetini vermirlər. Əvəzində “Xalq qəzeti”i və repressiya illərinə aid kitablar verirlər. Bu isə ona psixoloji təzyiq məqsədi daşıyır: “DTK-nın repressiyalarına aid kitabları gətirib verirdilər. Mən də oxuyurdum ki, orada ailə başçısını tuturlar, ondan sonra ailənin o biri üzvlərini sürgünə yollayırlar, güllələyirlər və s. Istər-istəməz belə şeylər adama təsir edir. Sonra özümə gəlirdim ki, yox, Pərviz, indi zaman başqadır, çöldə başqa həyat var”.
Pərviz həbsini təbii qarşıladığını da dedi: “Azərbaycanda həbs olunmayan jurnalist qızılca çıxarmayan adam kimidir...”
Hakim Novruz Kərimov təqsiriləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirərkən prosesdə gərgin anlar yaşandı. Pərviz Həşimli sözə başlayan kimi Xocalı faciəsinin ildönümü olduğunu xatırladaraq, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini istədi. Hakim isə etiraz etdi: “Bura siyasi arena deyil”.
Daha sonra Pərviz Həşimli Novruz Kərimovun hakimlikdən əvvəl MTN-də müstəntiq işlədiyini xatırladaraq, onun müstəqil qərar verməyəcəyini, bu qurumdan asılı olduğunu bildirdi. Bu səbəbdən də onun qərarlarının obyektivliyi və ədalətliliyinin bəri başdan şübhə altına düşdüyünü dedi. Jurnalist həmçinin həbsinin də, MTN-nin təcridxanasında saxlanmasının da qanunsuz olduğunu bəyan etdi.
Pərviz eyni zamanda, Təvəkküldən fərqli olaraq, onun dəmir barmaqlıqlıqlar arxasına salınmasına da etiraz etdi.
Müxtəlif qanunlara istinad edən hakimə Pərviz Həşimli də qanunun bir tələbini xatırlatma etdi: “Mən də sizi xəbərdar edirəm ki, bilə-bilə qanunsuz qərar vermək, hökm çıxarmağa görə hakimlər də məsuliyyət dayışır. Bunu fəaliyyətinizdə nəzərə alın”.
Pərviz Həşimli məhkəmənin nəzərinə çatdırdı ki, istintaq bitdikdən sonra MTN-nin istintaq təcridxanasında ona  vəkilləri ilə görüş verilməyib. Vəkil Bəhruz Bayramov da təsdiqləyib ki, 15 gündür Pərvizlə görüşə bilmir: “Pərviz Həşimli ilə görüşə icazə verilmədiyi və cinayət işinin materialları ilə tanış olmaq imkanımız olmadığı üçün müdafiə hüququnu qura bilməmişik”.
Digər təqsirləndirilən Təvəkkül Qurbanov isə maddi durumuna görə vəkilsiz olduğunu bildirdi.
Məhkəmə Təvəkkül Qurbanovun dövlət hesabına vəkillə təmin olunması, həmçinin Pərvizin müdafiəçilərinin iş materialları ilə tanış olması üçün prosesin təxirə salınması barədə qərar qəbul etdi. Hakim həmçinin Pərviz Həşimlinin vəkillərilə görüşünə icazə verilməsi üçün məktub təqdim edib.

***

Pərviz Həşimli fevralın 27-də ayrıca bəyanatla da çıxış edib. Bəyanatda deyilir::
“Mən bu məhkəmədə günahsızlığımı sübut edəcəyəm. Mənim günahsızlığımın sübutu Bakının Xəzərin qoynunda yerləşməsinin sübutu kimi bir şeydir. Mən heç bir cinayət törətməmişəm. Əksinə, MTN mənə və ailəmə qarşı cinayət edib. Mənə qarşı irəli sürdükləri və hazırladıqları ittihamların saxta olduğuna görə, ifşa olunacaqlar. Ona görə də məhkəmə öncəsi məni vəkillərimdən təcrid ediblər. Bu, Azərbaycanın məhkəmə sistemində bir ”yenilikdir". Hələ mən istintaqın sonunda vəkilim Elçin Sadıqova bu işin vaxtilə MTN-də çalışan hakim Novruz Kərimova verilməsinə dair fikrimi bildirdim. Gözlədiyimiz oldu. Novruz Kərimov vəkillərimi məndən təcrid etməklə MTN-nə bağlı adam olduğunu təsdiqlədi. MTN hakimləri müəyyən edib. Mən media nümayəndələrindən xahiş edirəm ki, bu qanunsuzluqlar barəsində “Azərbaycanda müstəqil məhkəmə sistemi var” deyən Əli Həsənova, Ramiz Rzayevə, Rəbiyyət Aslanovaya, Əli Hüseynliyə suallar versinlər.
Hörmətli proses iştirakçıları. Azərbaycan qanunlarına MTN-də təcavüz olunur. Bunu heç kimdən, heç nədən çəkinmədən edirlər. Özlərini cəzasızlıq mühitində hiss edirlər. Mən bu qanunsuzluqlarla bağlı son 6 ayda Prezidentə, Baş Prokurora, Fuad Ələsgərova, Eldar Mahmudova, Ombudsman Elmira Süleymanovaya 30-a yaxın şikayət yazmışam. Amma heç birini ünvanına göndərmirlər. Əksinə, nazir ombudsmana məktub yazır ki, Pərviz Həşimlinin hüquqlarının pozulması ilə bağlı şikayəti yoxdur. Mən Eldar Mahmudova 15-ə yaxın ərizə-şikayət yazmışam. Görünür ona yazılanlar da çatmır. MTN işgəncə, qeyri-insani rəftar və Bakı Istintaq Təcridxanasına köçürülməmlə bağlı Səbail məhkəməsinə şikayətimə dair məktub yollamışdı. Həmin məktubda köçürülməməyimin səbəbi kimi guya təhlükəsizliyim və istintaq sirrinin yayılmaması göstərilib. Bu gün istintaq bitib və məni hansı əsasla orada girov kimi saxlayırlar? Hakim və prokuror bu qanunsuzluğa rəsmi münasibət bildirsin.
MTN rəhbərliyində olan bir qrup şəxs özlərinin vəzifə səlahiyyətlərindən istifadə edib hüquqlarıma qəsd edirlər. Mənimlə bağlı veriləcək son məhkəmə qərarımı da artıq üzümə deyirlər. Bildirirlər ki, ən azı 6 il cəza alacaqsan. Bu insanlar üçün bir insanın həyatının məhv edilməsi adi haldır. Bu adamlar anaların, gəlinlərin, körpə övladların gözü yaşlı qalmasından həzz alırlar. Tolstoy məşhur “Susa bilmirəm” əsərində “Etdiklərinizi xalq, dövlət adı ilə öz çirkin, murdar niyyətləriniz üçün edirsiniz. Tutduğunuz ən acınacaqlı və yaramaz vəzifəni əldə saxlamaq üçün edirsiniz. Indi yaşadığınız və səadət hesab etdiyiniz əxlaqsızlıqda bir az da yaşamaq üçün edirsiniz” fikirlərində sanki Azərbaycanın bu gününü görürmüş”.

NATIQ

Oxşar xəbərlər
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 10:56
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 10:46
Azərbaycanlı yeniyetmə çempion oldu
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 10:56
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 10:46
Azərbaycanlı yeniyetmə çempion oldu