Moderator.az xəbər verir ki, Almaniyanın Mainz şəhərinin mərkəzində Xocalı faciəsinin anım mərasimi keçirilib. Mərasimdə Qarabağ savaşında həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə xüsusi fəallıq göstərən gənclər Xocalı soyqırımı həqiqətlərindən bəhs edən xüsusi vərəqələr yayıblar. Faciəni əks etdirən foto-lövhənin önündən keçənlər dəhşətli görüntülərdən üzüntü hissi keçirdiklərini ifadə ediblər. Gənclərlə dialoqa girən alman vətəndaşları Xocalı faciəsini törədənlərin insanlıq adına böyük bir ləkə olduqlaını dilə gətiriblər. Azərbaycan hakimiyyətini Xocalı soyqırımına soyuq münasibətdə ittiham edən soydaşlarımız artıq torpaqlarımızın işğal ildönümlərini qeyd etməyə son verməyi tələb olaraq irəli sürüblər: ”žYetər, Lazım gəlmirsə, Kazım gəlsin və Azərbaycan kişisi artıq başını dik tutsun qız-gəlinlərimizin önündə. Azərbaycan qadınına ərini, oğlunu məğlub görmək ölümdən betərdi”¦“
-FOTO" src="//old.moderator.az/fotobaza/original/1011.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/1012.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/1013.jpg">