Ukrayna hakimiyyəti konsitutsiyanın dəyişdirilməsi və vaxtından öncə seçkilərin keçirilməsi ilə bağlı müxalifətlə razılığa gəlib. Moderator.az-ın məlumatına görə, bu barədə hakim Regionlar Partiyası franksiyasının deputatı Aleksandr Efremov məlumat verib.
Onun sözlərinə görə, müvafiq razılaşma yerli vaxtla saat 12:00-da (saat 14:00) imzalanacaq. Konsitutsiyanın dəyişdirilməsi ilə bağlı səsvermə sentyabrda keçiriləcək. Dekabrda isə vaxtından qabaq prezident seçkisi keçirilməlidir.
Bundan əlavə Ukraynanın Ali Radasının spikeri Vladimir Rıbak antiterror əməliyyatının dayandırılması, hərbçilərin və xüsusi dəstəli milis əməkdaşlarının kazarmalara geri dönməsi barədə qətnamə imzalayıb.
Parlamentin spikerinin imzaladığı qətnamə dünən axşam gec saatlarında keçirilən Radanın iclasında qəbul edilib.
Qərarda Ukrayna DİN əməkdaşlarına və hərbçilərə vətəndaşlara qarşı bütün silah növlərindən və xüsusi vasitələrdən istifadə qadağan edilib.