"Azərbaycanda ciddi təbəqələşmə gedir"
Oxunub: 2753
18 Feb 2014 | 15:16

Moderator.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Teyyub Qənioğlu partiyanın mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edir: 

 

- Bu ayın ilk həftəsində "Regionların 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın inkişafına həsr olunmuş konfrans keçirildi. Konfransda çıxış edən prezident İlham Əliyev bir çox məsələlərdən danışdı və hələ də ölkədə korrupsiyanın olduğuna diqqət çəkərək, rüşvət və korrupsiyaya qarşı barışmaz olacağını növbəti dəfə bəyan elədi. Eyni zamanda, sahibkarlara qarşı məmur özbaşınalığından da danışdı və bunun aradan qaldırılması üçün tapşırıqlarını verdi.

 

- Azərbaycan müstəqillik əldə edəndən sonra bazar iqtisadiyyatına keçid baş verdi. Və bir sıra sahələrdə sahibkarlıq yüksək surətdə inkişaf etməyə başladı. Xüsusilə də kommersiya sahibkarlığı sahəsində. İstehsal sahibkarlığı isə demək olar ki, zəif inkişaf elədi. Səbəb isə bundan ibarətdir ki, istehsal sahibkarlığında mənfəəti gizlətmək çox çətin olur. Kommersiya sahibkarlığında isə bu mümkündür. Bu, birinci məqamdır. İkincisi, bir neçə ildir Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlığın inkişafı dövlət tərəfindən maliyyələşdirilir. Ancaq yerlərdə bu vəsait bölüşdürülərkən ilk öncə qohumluq, yaxınlıq və sonra da rüşvət rol oynayır. Yəni, region üçün önəmli olan layihələrə deyil, daha çox başqa qeyri-iqtisadi matodlara əsaslanaraq vəsaitlərin bölüşdürülməsi halları baş verir. Artıq bu, kütləvi hal alıb. Bu birinci dəfə baş vermir. Hələ 2002-ci ilin sentyabrında mərhum prezident Heydər Əliyevin sahibkarlığa kənar müdaxilələrin qarşısının alınmasına dair bir sərancamı oldu. Həmin sərancamda bütün strukturlara ciddi tapşırıqlar verilmişdi və göstərilmişdi ki, sahibkarlığa kənar müdaxilələr aradan qaldırılsın. Ancaq buna baxmayaraq sərancama əməl olunmadı. Prezident İlham Əliyev də dəfələrlə müxtəlif tədbirlərdə sahibkarlığa kömək və bu sahədə yaranmış mənfi halların aradan qaldırılması üçün çağırışlar edib, tapşırıqlarını verib.

Bir məsələni qeyd edim. Azərbaycanda həqiqətən beynəlxalq standartlara cavab verən qanunlar hazırlanır. Əgər bu qanunlara əməl olunsa Azərbaycanda iqtisadi inkişaf bundan da artıq sürətlə gedə bilər. Məsələ bundadır ki, qanunlara, sərancamlara çox vaxt əməl olunmur. Çünki qanunları pozanlar prezidentin sərancamlarını icra etməli olan strukturlardır. Mən hesab edirəm ki, prezidentin çıxışından məmurlar nəticə çıxaracaqlar və işlərində dönüş yaradacaqlar.

 

- Mərkəzi Bankın maşınlara kredit qadağası əmlak bazarından da yan keçməyib. Yəni, bundan sonra ev almaq istəyən şəxs banka əmək haqqı barədə arayış təqdim etməlidir. Bu əməkhaqqı isə 600 manatdan yuxarı olmalıdır. Sizcə, bu nəyi dəyişəcək?

 

- Bunun kökündə yenə də şəxsi maraqlar durur. Yeni tikilən binanın üzərinə elan vururlar - 10 illik faizsiz kredit. Bu binanı inşa edən şirkət və yaxud kooperativ vətəndaşlarla müqavilə bağlayır. Müqavilə əsasında da ilkin ödəniş götürülür və yerdə qalan məbləğ də müəyyən müddətə bölünərək vətəndaşdan alınır. Mərkəzi Bankın əmlak bazarına qadağasının kökündə vətəndaşların ödənişi banklar vasitəsilə aparılması dayanır. Bu isə heç də o demək deyil ki, burda vətəndaşın mənafeyi qorunur.

Azərbaycanda ciddi təbəqələşmə gedir. Bunun da nəticəsində ölkədən əhali axını baş verə bilər. Belə ki, gənclər sosial və mənzil problemlərini həll edə bilməyəndə məcbur olacaq ki, digər ölkələrə üz tutsunlar. Baxın, bizim mentalitetə görə, 22-23 yaşlı qızlarımız ailə qura bilməyəndə onları qocalmış hesab edirdik. Ancaq bu gün bizim yüz minlərlə 30 yaşdan yuxarı qızlarımız və oğlanlarımız var ki, ailə qurmayıblar. Bunun da səbəbi iş yerinin, mənzilin olmamasıdır. Qısası, baş verənlər o deməkdir ki, kasıb təbəqənin mənzil alması daha da çətinləşəcək.  

 

- İpoteka kreditlərinin verilməsində yeniliklərin olacağı haqqında dəfələrlə məlumatlar verilib. Yəni, ilkin ödənişin olmayacağı, faizlərin aşağı salınacağı, verilən 50 min manat məbləğin artırılacağı, gənc ailələrə, eyni zamanda gənclərə sosial ipotekanın şamil ediləcəyi bildirilirdi. Ancaq bir ildən də artıq vaxt keçməsinə baxmayaraq verilən vədlərin heç biri reallaşmayıb.

 

- Bilirsiniz nə üçün ipoteka kreditlərinin şərtlərini yumşaltmaq istəmirlər? Bunun bir cavabı var - bank sektorunun sahibləri vəsaitlərin uzun müddətə kreditlə verilməsində maraqlı deyillər. Həmin insanları nə təhsil, nə ölkənin, nə də gənclərin taleyi maraqlandırmır. Onların yeganə maraqları vəsaitlərin əldən verilməməsidir. Bir məsələni qeyd edim, Bakıda sovet vaxtında hər addımbaşı kitab dükanları vardı. Bu gün isə həmin dükanlardan əsər-əlamət yoxdur. Ən yaxşı halda həmin kitab dükanlarını zirzəmilərdə görə bilərsiniz. Akademiyanın Rəyasət Heyətinin qarşısında böyük bir kitab dükanı vardı. Yarısını bölüb kommersiya strukturu elədilər. Digər yarısını da təmir adıyla bağladılar və kitabxananı zirzəmiyə köçürdülər. Yenə də oranı kommersiya strukturu elədilər. Elmə, təhsilə bu cür münasibət varsa, gənc ailəyə hansı münasibətdən danışmaq olar?

 

- Bir neçə gün bundan əvvəl mətbuatda informasiya verildi ki, 65 yaşından yuxarı olan alimlər Milli Elmlər Akademiyasından uzaqlaşdırılacaq. Əgər bu informasiya təsdiqlənərsə, bu nə qədər düzgün addım sayıla bilər?

 

- Alimin elmdə məhsuldar dövrü 60-65 yaşı arasında olur. Sovet hökumətinin dövründə Ali Atestasiya Komissiyası vardı. İnstitutun elmi şuraları eləmlər namizədi və doktorluq dissertasiyalarını təsdiq edib Moskavaya Ali Atestasiya Komissiyasına göndərirdilər. Bu qurum da öz növbəsində elmi şuranın qərarını təsdiqləyirdi. Məsələn, siz yanvar ayında müdafiə etmisiniz və elmi şura sizə eləmlər namizədi adını verib. Üç ay müddətində Ali Atestasiya Komissiyası göndərilən elmi işi təsdiq edirdi və bu ayların əməkhaqqı fərqi maaşa əlavə olunurdu. Yəni, Ali Atestasiya Komissiyası elmi dərəcə vermirdi. Elmi şuraların verdiyi elmi dərəcələri təsdiqləyirdi. Bizim Ali Atestasiya Komissiyasının əsasnaməsində isə göstərilir ki, komissiya elmi adlar verir. Bir sözlə, elmi şuralar qalıb bir kənarda. Əgər 2013-cü ilin yanvarında müdafiə edirsənsə 2014-cü ildə Ali Atestasiya Komissiyası bunu təsdiqləyirsə, deməli 12 ayın əməkhaqqı bir kənarda qalır. Bu gün elmi iş götürüb müdafiə etmək istəyən şəxs o qədər bürokratik əngəllərlə qarşılaşır ki, sonda bezir. Birinci bu vəziyyəti aradan qaldırmaq lazımdır. Həmin bürokratik əngəlləri törədənlər elmdən xəbəri olmayanlardı. Əsil alim, əsil ziyalı elmə bu cür münasibət göstərməz. Əmək Məcəlləsindəki dəyişikliyə görə, yaş senzi dövlət qulluğunda olan adamlara aiddir. Bunun elmə nə aidiyyatı ola bilər? Sovet dövründə bizim rayonda bir müəllim vardı. Bu müəllim savadlı, həqiqəti sevən və haqqını tələb edən biri idi. Onu işdən çıxardılar. Hara müraciət etdisə xeyri olmadı. Sonda Brejnevə məktub yazdı: -"Yoldaş Brejnev, siz də kommunistsiniz, mən də. Hecə olur ki, 75 yaşında bu boyda SSRİ-ni idarə edə bilirsiniz, mən isə 63 yaşında 20 şagirdi idarə edə bilmirəm?" Bundan sonra həmin müəllimi çağırırlar və deyirlər ki, "sən demoqoqun birisən, gəl işini davam etdir".

Bu gün yaş həddinin tətbiq olunmasını gəncləşmə kimi qələmə verirlər. Əslində isə bu, elmə və təhsilə balta vurmaqdan başqa bir şey deyil. Təqaüdə çıxan alimlər necə yaşasınlar? Onlara verilən təqaüd hansı problemlərini həll etməyə yetər?

Özüm iqtisadçı olduğum üçün deyə bilərəm ki, iqtisadiyyat sahəsində elmlə məşğul olanların hər 100 nəfərdən 90-nı işbazdı. Həmən o 90 nəfərə elmi iş yazanlar da alimlərdi. Çünki onlar pul qazanmaq üçün dissertasiya yazmaqla məşğuldurlar.

 

- Azərbaycanda "Asan Xidmət" fəaliyyətə başlayandan bu yana quruma müraciət edənlərin demək olar ki, hər biri bu xidməti yüksək qiymətləndirir. Artıq evlərə verilən kupçaları da əhali "Asan Xidmət" vasitəsilə əldə edə biləcək. Eyni zamanda, yol hərəkət qaydalarını pozan sürücülər bundan sonra cərimələri "Asan Xidmət"də ödəyəcəklər.

 

- Birmənalı olaraq deyə bilərəm ki, "Asan Xidmət"in yaradılması xalqın çiyinlərindən tonlarla yükü götürüb. Bürokratik əngəllər, süründürməcilik azalıb, rüşvət halları aradan qaldırılıb. Əslində "Asan Xidmət"in yaradılması əhali arasında hakimiyyətə inamı bir qədər artırıb. Əhali dərk edir ki, dövlət rəsmləri dediklərinə əməl eləsələr normal yaşayış mümkündür. "Asan Xidmət"in yaradılması sübut etdi ki, xalqın qayğısına qalaraq qərarlar veriləndə, bu qərarlara nəzarət olunub yerinə yetirilməsi hayata keçiriləndə doğrudan da millət rahat nəfəs ala bilər. Azərbaycanın bütün bölgələrində "Asan Xidmət"in açılmasına nail olmaq lazımdır.

Sizə bir məsələni deyim, BAXCP-ni digər partiyalardan fərqləndirən bir neçə cəhət var. Bizim partiya Azərbaycanda baş verən proseslərə ağ-qara müstəvisindən baxmır. Hər şeyin olduğu kimi göstərilməsinin tərəfdarıyıq. Baş verən proseslər müsbətdirsə qiymətləndirmişik, mənfidirsə mənfi tərəflərini tənqid etmişik. "Asan Xidmət"in yaradılması isə doğrudan da bir yenilikdir. Həm də insanların həyatlarını yaxşılaşdıran, işlərini asanlaşdıran bir yenilikdir. 

 


Oxşar xəbərlər
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:16, Bu gün
TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:58
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
19 Apr 2024 | 14:01
Bərdədə ağır yol qəzası baş verib
19 Apr 2024 | 13:51
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
19 Apr 2024 | 13:50
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:58
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
19 Apr 2024 | 14:01
Bərdədə ağır yol qəzası baş verib
19 Apr 2024 | 13:51
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
19 Apr 2024 | 13:50
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb