“İqtidarla əməkdaşlığın satqınlıq kimi dəyərləndirilməsi savadsızlıqdır”
Oxunub: 5730
17 Feb 2014 | 09:56
“İqtidarla əməkdaşlığın satqınlıq kimi dəyərləndirilməsi savadsızlıqdır”

“Müxalifət iqtidarı haqlı da, haqsız da tənqid edir”

 

“Dinc demokratik dəyişikliklər iqtidarla əməkdaşlığı zəruri edir”

 

ADP sədri Sərdar Cəlaloğlu “Hürriyyət” qəzetinə müsahibə verib. Moderator.az həmin müsahibəni oxucuların diqqətinə çatdırır.

 

- Sərdar bəy, iqtidarla əməkdaşlıq məsələsi hər zaman olduğu kimi bu gün də demokratik düşərgədə ən çox müzakirə olunna məsələlər sırasındadır. Maraqlıdır, sizcə iqtidarla əməkdaşlıq etmək zəruridirmi? Belə bir əməkdaşlığı xəyanət kimi dəyərləndirmək nə dərəcədə doğrudur?

 

- Iqtidara işləmək nə qədər vicdansız hərəkətdirsə, iqtidarla əməkdaşlıq etməmək demokratiyaya bir o qədər ziyandır. Iqtidara işləmək və iqtidarla əməkdaşlıq etmək anlayışlarını fərqləndirmək lazımdır. Azərbaycanda siyasi partiyalar haqqındakı qanuna əsasən dövlət orqanlarının partiyalar, partiyaların isə dövlət qurumları qarşısında öhdəlikləri var. Bu öhdəliklərin yerinə yetirilməsi üçün tərəflər bir-birləri ilə əlaqədə olmalıdırlar. Dəfələrlə olub ki, biz hansısa qanunsuzluq və ya haqsızlıqla bağlı dövlət qurumlarına zəng edib öz irad və narazılığımızı bildirmişəm. Çünki hər şeyi bəyanatla demirik və buna ehtiyac da yoxdur. Elə məsələlər var ki, bunlar dövlətin məsələsidir. Məslən, tutaq ki, mənə bir terror hadisəsi bəllidir. Mən nə etməliyəm? Təbii ki, mən bu olayın qarşısını almaq üçün dövlət orqanlarına məlumat verməliyəm. Çünki bu olayın qarşısını almaq üçün mənim nə hüququm, nə də imkanım var. Bu da öz növbəsində əməkdaşlığı zəruri edir.

 

- Sərdar bəy, müxalifətin iqtidarla əməkdaşlığını zəruri edən hansı amillər mövcuddur? Ümumiyyətlə, müxalifətin iqtidarla əməkdaşlıq etmək kimi bir məsuliyyəti və ya məcburiyyəti varmı?

 

- Hakimiyyətin siyasətinin effektliyinə nail olmaq müxalifətin vəzifələrindən biridir. Bu o deməkdir ki, müxalifət iqtidara daha yaxşı siyasət aparmaqda kömək etməlidir. Bunun üçün biz iqtidarla əlaqə saxlamalı, öz layihələrimizi, proyektlərimizi onlara göndərməliyik. Biz hökumətə müraciət etmişik və bildirmişik ki, əfv komissiyasında, anti-terror komissiyasında, anti-korrupsiya komisiyasında, Milli Məclisin komissiyalarında iştirak edək. Biz bu komissiyaların işində iştirak edib öz töhfəmizi vermək istəyirik. Seçkidən sonra mən koalisiya yaratmaq təklifi ilə çıxış etdim. Bununla bağlı məktub da göndərmişəm. Bütün bunlar hamısı bizim iqtidarla əməkdaşlığımızı tələb edir. Azərbaycanda hamı siyasi dialoqdan danışır. Siyasi dialoq milli problemlərin həllində iqtidarla müxalifətin əməkdaşlıq etməsidir. Iqtidar-müxalifət münasibətləri ilə bağlı üçüncü fundamental məsələ də var. Bu gün kimdən soruşsanız bildirəcək ki, biz inqilab istəmirik. Əgər inqilab yoxdursa, o zaman cəmiyyətdə dəyişikliklər necə olmalıdır? Deməli, bunun üçün dinc demokratik dəyişiklik lazımdır.

 

- Deməli, müxalifətin iqtidarla əməkdaşlığını həm də dinc demokratik dəyişikliklər baxımından zəruridir?

 

- Şübhəsiz. Dinc demokratik mübarizə nəzəriyyəsinə görə, ölkələrdə tədrici demokrtiyaya keçid üçün iqtidarla müxaliət arasında geniş əməkdaşlıq sahələri yaradılmalıdır. Iqtidar və müxalifətdə bir-birinə düşmən olmayan qüvvələr var. Bu qüvvələrin ünsiyyəti yaradılmalıdır. Bu iki qüvvə ölkədəki qarşıdurmanın, gərginliyin qarşısını almalı və eyni zamanda, demokratiya baxımından ortaq addımların atılmasına nail olmalıdır. Doğrudur, Azərbaycanda iqtidarda belə bir plazdarm yoxdur. Lakin hər halda demokratiyaya dinc keçid naminə biz bu ünsiyyəti yaratmalı və genişləndirməliyik. Bunun üçün bütün imkanlardan istifadə edilməlidir. Mən prezident seçkilərindəki imkandan istifadə edib ora gələn insanlarla söhbət edirdim. Bu gün də təsadüfi görüşlərdə belə iqtidarda təmsil olunanlara dinc demokratik inkişafla bağlı fikirlərimi çatdırmağa cəhd edirəm. Bunu mətbuat vasitəsi ilə də bildiririk. Bir sözlə, bizim bu cür kontaktlara ciddi şəkildə ehtiyacımız var.

 

- Madam ki, iqtidar-müxalifət əməkdaşlığı bu dərəcədə zəruridir, o zaman məlum əməkdaşlığın baş tutmamasının kökündə hansı amillər dayanır?

 

- Azərbaycanda hansısa qüvvələr bu əlaqələrin yaranmasına mane olur, bu cəhdlərin hamısını iqtidara işləmək cəhdi kimi qiymətləndirirlər. Guya ki, mən iqtidara üz tutub, “niyə filankəsi həbs etmisən” deyəndə, bu iqtidara işləmək olur. Yaxud iqtidara Qarabağla bağlı hər hansı bir proyekt göndərirəmsə, deməli ona işləyirəm. Bunların hamısı demokratiyanın nə olduğunu bilməməkdən irəli gəlir. Ölkə telekanallarında siyasi maariflənmə işi aparılmır. Bizi televiziyalara buraxmırlar. Imkan vertmirlər ki, xalqa izah edək ki, iqtidar-müxalifət mübarizəsi iqtidar-müxalifət düşmənçiliyi deyil. Azərbaycanda elə başa düşürlər ki, kim iqtidarı daha sərt şəkildə söyürsə, kim iqtidarı daha radikal şəkildə təhqir edə bilirsə, o müxalifətdir. Halbuki, müxalifətin üç başlıca vəzifəsi var və müxalifət bu vəzifələri yerinə yetirməlidir.

 

- Bu vəzifələr nədən ibarətdir?

 

- Bunlardan birincisi özünü hakimiyyətə hazırlamaqdır. İkincisi, özünün hakimiyyəti üçün xalqı hazırlamaqdır ki, buna maarifləndirmək, təbliğat aparmaq deyirik. Üçqncüsü, hakimiyyətdə olan qüvvənin siyasətinin effektliyinə təsir göstərməkdir. Baxın, Azərbaycan müxalifəti bunların hansını edib? Özünü yalnız hakimiyyətə hazırlamağa çalışıb. Komanda düzəldib. Xalqı hazırlamadan necə hakimiyyətə gələcək, islahatları necə aparacaq, bu islahatlar nədən ibarət olacaq ”“ bütün bunlar, eləcə də xalqın dəstəyi ortada yoxdur. Üçüncü vəzifəni isə hamı satqınlıq kimi başa düşür.

 

- Sizcə bunun satqınlıq kimi qəbule dilməsinin səbəbi nədir? Niyə müxalifətin vəzifəsi olan bir məsələ müxalifətin özü tərəfindən satqınlıq kimi qiymətlədirilir?

 

- Bu, savadsızlıqla bağlıdır. Bu, müxalifətin öz funksiyalarını başa düşməməsi ilə əlaqədardır. Tutaq ki, seçkilər qanuni keçirlib və İsa Qəmbər hakimiyyətə gəlib. Hakimiyyətə gələndən sonra hansısa siyasəti səhv aparır. Biz nə etməliyik? Səhvinə görə onu dərhal yıxmalıyıq, yoxsa gözləməliyik ki, o, öz yanlış siyasətini davam etdirsin? Üçüncü bir yol da var. Çünki konstitusiyaya görə bu, legitim hakimiyyətdir və seçilən şəxs beş il müddətində öz postunda qalmalıdır. Amma ölkə başçısı yanlış addım atırsa, müxalifətin vəzifəsi bu yanlışlığı düzəltməkdən ibarətdir. Iqtidarları səhvlərinə görə, dərhal iqtidardan uzaqlaşdırsaq, o zaman kimsə 5 il hakimiyyətdə qala bilməz. Bunun qarşısını almaq üçün demokratiya çarə təqdim edir. Demokratiya göstərir ki, qanuni prezidenti hakimiyyətdən beş ildən tez uzaqlaşdırmaq olmaz. Çünki xalq onu de-fakto 5 il müddətinə seçib. Deməli, sən beş il ərzində onun daha effektli fəaliyyət göstərməsinə təsir etməlisən. Müxalifət öz hakimiyyət məsələsini yalnız seçki dövründə ortaya qoya bilər. Buna kimi müxalifət iqtidarın öz siyasətini effektli idarə etməsinə təsir etməli, bir də xalqı öz gələcək hakimiyyətinə hazırlamalıdır. Azərbaycanda məsələlərə bu cür, yəni elmi-nəzəri yanaşma yoxdur. Hamı elə bilir ki, müxalifət yalnız hakimiyyətə gəlmək üçün var. Hakimiyyətə gəlməyin isə yalnız bir yolu var ki, bu da hakimiyyəti daha çox nüfuzdan salmaqdan keçir. Bir çoxları elə başa düşür ki, əgər iqtidar müsbət bir addım atırsa və müxalifət onun bu adımını təqdir edərsə, o zaman bu, iqtidarı gücləndirər. Şəxsən mən belə hesab eləmirəm.

 

- Niyə elə hesab edirsiniz ki, müxalifətin təqdiri iqtidarın nüfuz və uzunömürlülüyünə təsir göstərə bilməz?

 

- Əgər belə olsaydı, o zaman dünyanın demokratik ölkələrində çoxlu sayda prezident ölənə kimi hakimiyyətdə qalardı. Gərək nə Amerikada, nə də Avropada onilliklər boyu heç bir dövlət başçısı dəyişməzdi. Çünki onların siyasətində ciddi yanlışlıq yoxdur, onlar xalq tərəfindən də sevilirlər. Lakin ən çoxu iki seçkidən sonra hakimiyyətdən gedirlər. Azərbaycanda hakimiyyət dəyişikliyi qeyri-adi bir olay kimi qəbul edilir. Halbuki, hakimiyyət dəyişikliyi hakimiyyət dəyişikliyinin özünün zəruriliyi ilə bağlıdır. Bu, hakimiyyətdə təmsil olunan şəxsin fəaliyyətinin yaxşı və ya pis olması ilə əlaqəli deyil. Təbii ki, fəaliyyət pis olanda o zaman vaxtında əvvəl dəyişilmə məsələsi ortalığa gəlir. Ikinci dəfə həmin şəxs xalq tərəfindən seçilmir. Xalq inqilabi yolla ona verdiyi etimadı geri götürə bilər və s. Amma bütünlükdə hakimiyyət dəyişikliyi kiminsə qara-qura işlərlə məşğul olması demək deyil. Demokratiya hakimiyyət dəyişikliyini demokratik hakimiyyətin keyfiyyəti kimi təqdim edir. Burada məsələ şəxsin subyektiv kimliyindən asılı deyil. Sən dövləti yaxşı da, pis də idarə edə bilərsən. Lakin bilməlisən ki, iki seçkidən sonra getməlisən. Azərbaycanda isə müxalifət iqtidarı nüfuzdan salmaq, iqtidar isə özünü tərifləməklə məşğuldur. Iqtidar hesab edir ki, özünü nə qədər çox tərifləyərsə, bir o qədər çox hakimiyyətdə qala biləcək. Müxalifət isə hesab edir ki, iqtidarı nə qədər çox pisləsə, onun ömrünü bir o qədər çox qısaltmış olacaq. Halbuki, bu belə deyil. Hakimiyyətin dəyişilmə səbəbi hakimiyyətin özünün mahiyyəti ilə bağlıdır. Əgər doğrudan da bir ölkədə demokratik hakimiyyət varsa, orada senzlər var, yəni hakimiyyətdə uzun müddət qalmaq olmaz.

 

- Sizcə niyə demokratiya bir şəxsin iki seçkidən çox hakimiyyətdə təmsil olunmasına qarşısıdır? Bir şəxsin uzunmüddətli hakimiyyətini arzuedilməz edən nədir?

 

- Hakimiyyətdə uzun müddət qalmağın bir çox qüsurları mövcudur. Onlardan biri hakimiyyətdə qalan adamın hakimiyyətin təsiri ilə pozulması ilə bağlıdır. Buna hakimiyyətin pozğunlaşma təsiri deyirlər. Belə olanda hakimiyyətdəki şəxs hesab edir ki, o, qeyri-adi dərəcədə ağıllı və güclü adamdır. Ikincisi, hakimiyyətdə klanlaşma əmələ gəlir. Yəni hakimiyyətdə uzun müddət qalan qüvvələr bir-birləri ilə qohumluq əlaqələri yaradır. Necə ki, bu gün Azərbaycanda bunu müşahidə etmək mümkündür. Hazırda Azərbaycanda bütün nazirlər bir-birləri ilə qohumdur. Nəhayət, üçüncüsü, hakimiyyətdə uzun müddət qalmaq yeni qüvvə və şəxslərin hakimiyyətə gəlişinin qarşısını alır. Bu üç səbəbə görə, demokratiya hesab edir ki, hakimiyyət mütləq dəyişilməlidir. Hakimiyyətdə uzun müddət qalmaq cəzasızlıq hissi yaradır. Mən düşünürəm ki, madam ki, 40 il hakimiyyətdə qala biləcəyəm, o zaman istədiyim kimi hərəkət edə, haqlı-haqsız hər cür adım ata bilərəm. Lakin biləndə ki, sən beş ildən sonra gedəsən və tammamilə yeni qüvvə hakimiyyətə gələcək, o zaman sən bu cinayətləri edə bilmirsən. Çünki bilirsən ki, beş ildən sonra buna görə cavab verməli olasan. Amma bu da bir həqiqətdir ki, müxalifət anti-demokratik düşüncədədir. Müxalifət hesab edir ki, hakimiyyəti pisləyəcəyi təqdirdə onun gedişinə nail ola bilər. Buna görə də hakimiyyəti haqlı da, haqsız da tənqid edirik.

 

- Müxalifətin iqtidarı haqsız yerə tənqid etdiyi məqamlar hansılardır?

 

- Tutaq ki, iqtidar dövlətin xeyrinə bir addım atır. Biz müxalifət olaraq bildirməliyik ki, bu dövlətin xeyrinədir. Lakin bu mərhələdə biz susuruq. Düşünürük ki, bizim təqdirimiz iqtidarın nüfuzunu qaldıra bilər. Xalq iqtidarın hansı addımının yaxşı, hansı addımının pis olduğunu bilmirsə, biz bütün addımlara pis deyiriksə, o zaman xalqın yaxşı və pis haqqındakı fikirləri korlanır. Nəticəsə, xalq müxalifətlə iqtidar arasında fərq qoya bilmir. Bu gün küçədə keçənlərdən bir-bir soruşsaq hamısı deyəcək ki, müxalifət və iqtidar eyni şeydir. Bu, ona görə belədir ki, biz iqtidarın yaxşı və pis hərəkətini xalqın gözündə diferensiya etməmişik. Buna görə də xalq yaxşı və pisi ayıra bilmir. Bu, mənəvi iflasdır. Insanların bu mənəvi iflasının günaharı isə müxalifətdir. Müxalifət o qədər yüksək dəqiqliklə yaxşı və pisi ayırmalıdır ki, xalq həm iqtidarın fəaliyyətində yaxşı ilə pisi seçə bilməli, həm də iqtidar və müxalifət arasındakı yaxşı və pisi aşkarlaya bilməlidir. Belə olarsa, xalq müxalifət arasındakı yaxşı və pisi də seçə bilər. Belə bir məşhur fikir də var. Deylir ki, xeyirlə şəri bir-birindən ayıra bilməyən xalq heç vaxt düşdüyü böhranlı vəziyyətdən xilas ola bilməz.

 

- Sizcə bütün bu problemlərin səbəbi nədir?

 

- Məsələ bundadır ki, Azərbaycanda milli özünüdərklə bağlı maraqlanan çox az insan var. Bu, bizim günümüzün həqiqətidir. Biri deyir ki, mən M.Ə.Rəsulzadəni müdafiə edirəmsə, Azərbaycan xalqının bütün maraqları üzərindən xətt çəkəcəm və hər şeyi Rəsulzadədən başlayacam. Biri deyir ki, mən Heydər Əliyevi müdafiə edirəm və bildirirəm ki, H.Əliyevdən qabaq nə dövlət olub, nə xalq. Hər şey H.Əliyevlə başlayıb, necə deyərlər “Heydər xalq-xalq Heydər”. Digəri isə qeyd edir ki, bütün bunlar yalandır, mən Həsənqulunu müdafiə edirəm və deməli Azərbaycanla bağlı hər şey Həsənquludan başlayıb. Mən isə bildirirəm ki, məsələlərə bu cür yanaşmaq yanlışdır. Bizim qrup maraqlarımızdan başqa, həm də milli və dövlət maraqlarımız var. Milli və dövlət maraqları tələb edir ki, biz hadisələrə daha geniş, daha obyektiv baxaq. AXCP elan edir ki, Azərbaycanın ən böyük demokratı Elçibəydir. Mən isə soruşuram, madam ki, Azərbaycanın ən böyük demokratı Elçibəydir, o zaman Səttərxan kimdir?  Elçibəyin dönəmində bütün dünyada xalq hərəkatı başlamışdı və Elçibəy də Azərbaycanda bu hərəkata rəhbərlik edib, onun “ən böyük demokratlığı” bundan ibarətdir. Amma vaxtiylə bütün dünyada demokratiyanın adının çəkilmədiyi, Şərqdə despotizmin hökmranlıq etdiyi bir zamanda bir nəfər ayağa qalxaraq məşrutə, əncümən, azadlıq hərəkatı təşkil edib, onu qələbə ilə başa çatdırırsa, o zaman ona nə ad verməliyik? Səttərxanı dünyanın ən böyük tarixi şəxsiyyətləri ilə müqayisə ediblər. Avropalılar onu Hannibal adlandırıb, Lenin isə onu Puqaçovla eyniləşdirib. Azərbaycanlılar Səttərxanı tanımır, Elçibəyi ən böyük demokrat kimi təqdim edirlər. Sərdar Cəlaloğlu da həqiqəti dediyi üçün düşmən olur. Bu, mənim Elçibəyə olan mənfi münasibətim deyil. Bu mənim öz tariximizə olan sevgimlə bağlıdır. Biz demokratik xalqıq. Bizim böyük demokratiya tariximiz var. Hətta M.Ə.Rəsulzadənin belə demokratiyaya aidiyyatı yoxdur. Azərbaycanda demokratiya Səttərxandan başlayır. Biz bir tərəfdən vahid, böyük Azərbaycandan danışır, digər tərəfdən Şimali Azərbaycanı Azərbaycanın ümumi tarixindən ayırırıq. Şimali Azərbaycanda nə varsa, əsas kimi onu götürürük. Bu məsələdə də öz qrup maraqlarımıza nə xeyir edirsə, onu qəbul edirik. Cəbhə üçün Rəsulzadə yoxdur. Cəbhə üçün hər şey Elçibəydən başlayıb. Müsavat bir qədər uzağa gedib və bildirir ki, dövlətçilik Rəsulzadədən başlayır. Belə deyil axı. Azərbaycan xalqının görkəmli şəxsiyyətləri olub. Biz dövlətlər qurmuşuq, tarix yaratmışıq. Mən belə danışdığım üçün məni Elçibəyin və Rəsulzadənin guya əleyhinə çıxan bir insan kimi qələmə verirlər. Halbuki, mən tariximizə daha düzgün, daha ədalətli, daha dərin yanaşmanın tərəfdarıyam. Azərbaycanda isə reallıq fərqlidir. İctimai şüur o qədər xaotik vəziyyətdədir ki, hətta insanlar az qala özləri-özlərini inkar edir. Bu insanlarımıza vaxtiylə aşılanan aşağılıq kompleksi ilə bağlıdır və görünən odur ki, biz hələ də bunun təsirindən çıxa bilmirik.

 

Seymur Əliyev

 


Oxşar xəbərlər
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
27 Mar 2024 | 23:47
Britaniya rekord sayda miqrant axını ilə üzləşib
27 Mar 2024 | 23:40
İtkin düşmüş Gəncə sakini tapılıb
27 Mar 2024 | 23:28
“Bakubus” gömrük qaydalarını pozub? - 1500 manat cərimələnə bilər
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:22
“İdea Education Center” üçün 25 min manatlıq cərimə təhlükəsi
GÜNLÜK
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 14:20
Sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ: “Diqqətli olun!”
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 13:58
Fransa və Yunanıstanın Ermənistanı silahlandırmaqda məqsədi nədir?
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
HƏFTƏLİK
21 Mar 2024 | 13:55
"Qırmızı həyəcan": 2024-cü il son 174 il ərzində ən ağır il olacaq
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
AYLIQ
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 14:20
Sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ: “Diqqətli olun!”
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 13:58
Fransa və Yunanıstanın Ermənistanı silahlandırmaqda məqsədi nədir?
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO